Logo
    main-post-cover

    Apple 2022-ci ildə smart saatlar bazarındakı liderliyini qoruyub saxlayıb

        Keçən il smart saatlar bazarında Apple şirkəti liderliyini qoruyub saxlaya bildi. Belə ki, keçən il ərzində Apple bu bazardakı payını bir qədər də genişləndirdi və təkbaşına bu bazarın əldə etdiyi gəlirin yarısını generasiya etdi. Counterpoint Research şirkətinin məlumatlarına əsasən 2022-ci ilin nəticələri üzrə Apple smart saatlar bazarının 34.1%-nə sahib olub. Şirkət il ərzində Huawei (bazar payı 6%) və Samsung-dan (bazar payı 9.8%) iki dəfə daha çox smart saat sata bilib. Bununla yanaşı Apple smart saatlar bazarının ümumi gəlirinin 60%-ni generasiya edə bilib. Bu işdə ona sentyabr ayında təqdim edilmiş 3 smart saat modeli kömək edib. Söhbət, Apple Watch Series 8, Series SE 2022 Watch Ultra modellərindən gedir.
    Paylaş
    Bənzər xəbərlər