
Apple 3 trilyonluq bazar dəyəri göstəricisinə çox yaxındır
Startup və Biznes
13.06.2023
Emil
Apple şirkətinin keçən həftə təqdim etmiş olduğu yeni məhsullara fond bazarının reaksiyası olduqca yaxşı oldu və dünən baş tutmuş birja ticarəti zamanı şirkətin səhmləri keçən ilin yanvar ayından keçmiş müddət ərzində növbəti maksimum dəyər göstəricisinə çatıblar. Hətta Vision Pro adlı qarışıq reallıq cihazının təqdimatından öncə də Apple səhmlərinin alınması investorlar tərəfindən vəsaitlərin təhlükəsiz yatırılması kimi qiymətləndirilirdi.
Belə ki, böhran şəraitində Apple bəzi istiqamətlər üzrə mənfəətin yüksəlməsini təmin edə bilib və səhmdarlara ödənişlərin edilməsi prosesini qoruyub saxlayıb. Analitiklərin sözlərinə əsasən Apple brendinin fenomeni ondan ibarətdir ki, investorlar fond bazarının və makroiqtisadiyyat göstəricilərinin istənilən dinamikasında şirkətin səhmləri vasitəsilə gəlir əldə edə bilirlər. Hal hazırda şirkətin bazar dəyəri 2.89 trilyon dollar təşkil edir. Onun bazar dəyərinin 3 trilyon dollara çatmasına elə də çox qalmayıb.
Paylaş
Bənzər xəbərlər