Apple ardıcıl 10-cu dəfə dünyanın ən bahalı brendi statusunu əldə edib

Apple ardıcıl 10-cu dəfə dünyanın ən bahalı brendi statusunu əldə edib

Startup və Biznes
04.11.2022 PAYLAŞIM

    Apple Interbrand saytının ən bahalı brendlər reytinqində artıq ardıcıl 10-cu dəfə ilk pillədə qərarlaşıb. Interbrand saytı Apple brendinin qiymətini 482.2 milyard dollar dəyərində qiymətləndirib. Bu isə keçən ilki qiymətləndirmədən 18% daha yüksəkdir. Dünyanın ən bahalı brendləri reytinqinin ikinci yerini Microsoft (278.3 milyard dollar), üçüncü yerini isə Amazon (274.8 milyard dollar) tutub. Keçən il Amazon ikinci yeri, Microsoft isə üçüncü yeri tutmuşdu.

    Interbrand reytinqini tərtib edənlər qeyd ediblər ki, sözügedən reytinqin mövcud olduğu bütün müddət ərzində bu il brendlərin qiymətlərində yüksək şəkildə artım var. Belə ki, il ərzində ən bahalı brendlərin qiymətləri 16% yüksəlib və onların ümumi dəyəri 3.1 trilyon dollara çatıb. Bu ilki Interbrand reytinqinin ilk onluğuna həmçinin Google (251.75 milyard dollar), Samsung (87.7 milyard dollar), Toyota (59.76 milyard dollar), Coca-Cola (57.5 milyard dollar), Mercedes-Benz (56.1 milyard dollar), Disney (50.3 milyard dollar) və Nike (50.29 milyard dollar) daxil olublar.


Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Videokartlar bazarı 2009-cu ildən indiyənə kimi ən böyük düşüşü yaşayıb..

Jon Peddie Research adlı təqiqat şirkəti bu ilin üçüncü rübü üzrə videokart bazarının vəziyyəti barə..


Böyük Britaniyada Meta şirkətinə qarşı məhkəmə iddiası qaldırılıb

Böyük Britaniyada Meta şirkətinə qarşı məhkəmə iddiası qaldırılıb. Səbəb isə şirkətin istifadəçi məl..


Tesla şirkəti Cənubi Koreyada elektromobil istehsalı ilə bağlı zavodun inşasını ..

Tesla şirkətinin Şanxayda olan zavodunun təkmilləşdirilməsindən sonra o, il ərzində demək olar 1 mil..


Cybertruck-ın satışlarına start verilmədiyi halda Tesla artıq onun vasitəsilə 15..

2019-cu ildə Tesla şirkəti özünün ilk elektrikli pikapı Tesla Cybertruck-ı təqdim etmişdi. Həmin vax..


Foxconn-un iPhone istehsalı ilə məşğul ən böyük zavodunda işçilər etiraz aksiyas..

Reuters saytının verdiyi məlumata əsasən Foxconn şirkətinin elektron məhsulların istehsalı ilə məşğu..


Google öz işçiləri üçün reytinqlər sistemini tətbiq edəcək

İqtisadi durğunluğun olduğu bir vaxtda Google şirkəti öz işçiləri üçün reytinqlər sistemini istifadə..

×