
Apple baş dizayner vəzifəsində çalışacaq növbəti Jony Ive axtarışındadır
Startup və Biznes
09.11.2022
Emil
Bloomberg saytının verdiyi məlumata əsasən Apple şirkəti Evans Hankey-in gedişindən sonra yeni baş dizayner axtarışındadır. Qeyd etmək lazımdır ki, Evans Hankey Apple şirkətində baş dizayner vəzifəsində 20 il çalışmış əfsanəvi Jony Ive-dan sonra bu vəzifəyə təyin edilmişdi. Lakin Apple şirkətində kadrların sürətli itkisi öz növbəsində şirkətə yeni baş dizaynerin seçilməsində çətinliklər yaradır. Bloomberg qeyd edib ki, Apple növbəti Jony Ive axtarışındadır. Bununla yanaşı məlumatda qeyd edilib ki, Apple şirkətinin hardware məhsullar şöbəsi bu məsələdə əsl böhranın astanasındadır. Apple şirkətinin keçən ilki 400 milyard dollarlıq gəlirinin 3/4 hissəsini məhz bu şöbə təmin edib.
Evans Hankey-nin də ümumilikdə Apple-da 20 il ərzində çalışmasına baxmayaraq onun qısa müddət ərzində şirkətin baş dizayneri vəzifəsində çalışması yeni məhsulların necə görünəcəkləri barəsində dəqiq təsviri yaratmaqda çətinliklər formalaşdırıb. Apple həmçinin Evans Hankey-nin əvəz edilməsi üzrə dəqiq bir plana da sahib deyil. Bu isə şirkət üçün böyük bir problemdir. Belə ki, Apple öz premium məhsullarını məhz xarici görünüş hesabına baha qiymətə sata bilir. Son bir neçə il ərzində şirkət bir sıra vacib dizaynerlərini itirib. Şirkətdən ayrılmış dizaynerlər hələ Jony Ive-ın rəhbərliyi altında çalışırdılar. Nəticədə həmin dizaynerlərin böyük hissəsi Jony Ive-ın LoveFrom adlı yeni şirkətinə keçid etdilər. Şirkət daxilindəki vəziyyətlə yaxından məlumatlı olan şəxslərin sözlərinə əsasən Jony Ive-dan sonra baş dizayner vəzifəsinə keçmiş Evans Hankey-i əvəz etmək heç də asan olmayacaq.
Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

James Webb öz ilk ekzoplanetini kəşf edib və onun fotosunu çəkib
