Logo
    main-post-cover

    Apple bərpa olunan smartfonlar bazarında lider olaraq qalır

        Apple şirkəti bərpa edilmiş smartfonlar bazarında liderliyini qorumağa davam edir. Counterpoint Research şirkətinin təqdim etmiş olduğu məlumata əsasən Apple şirkətinin 2022-ci ildə satmış olduğu Refurbished işarəli smartfonların sayı digər brendlərin satmış olduqları bərpa edilmiş smartfonların ümumi sayına bərabərdir. Məlumatda qeyd edilib ki, 2021-ci il ilə müqayisədə 2022-ci ildə bərpa edilmiş smartfonlar bazarı 5% genişlənib. Bununla belə Çində bərpa edilmiş smartfonların satışları 17% aşağı düşüb. Hindistan ilə Latın Amerikasında isə satışlar əksinə 19%18% yüksəlib. Apple bərpa edilmiş smartfonlar bazarının 49% payına sahibdir. Bu isə 2021-ci ildəki göstəricidən 5% çoxdur. Samsung şirkətinin bu bazardakı pay göstəricisi isə 28%-dən 26%-ə düşüb.
    Paylaş
    Bənzər xəbərlər