main-post-cover

    Apple cari il üzrə 16 milyon daha az iPhone 14 istehsal edə bilər

    Tech-Biznes
    Startup və Biznes
    e-ticaret
    02.12.2022
    Farid Pardashunas
        İsveçrənin ən böyük bankı olan UBS-in analitiklərinin vermiş olduqları məlumata əsasən cari il üzrə istehsal edilən iPhone 14 sayı 16 milyon ədəd daha az olacaq. Bunun əsas səbəbləri arasında Çində COVID-19 pandemiyası ilə bağlı olan məhdudiyyətlər və adi iPhone 14 ilə iPhone 14 Plus-a olan aşağı tələbat var. İlk əvvəl analitiklər düşünürdülər ki, bu il iPhone 14 istehsalının ümumi həcmi 92 milyon ədəd smartfon olacaq. Lakin hal hazırda bu göstərici 76 milyon ədəd smartfona endirilib.
        Bu isə keçən il istehsal edilmiş iPhone 13 sayından 20% daha azdır. analitiklər həmçinin qeyd ediblər ki, iPhone 14 Pro-nun istehsalında yaranmış problemlər əlavə olaraq Apple şirkətinin biznesinə təsir göstərə bilərlər. Belə ki, daha baha qiymətə satılan iPhone 14 Pro və iPhone 14 Pro Max modelləri iPhone 14 ilə iPhone 14 Plus-a olan aşağı tələbatı kompensasiya edə bilirdilər.
        Əsas problemlərdən biri də odur ki, Foxconn şirkətinin iPhone istehsalı ilə məşğul olan zavodu sərt COVID-19 məhdudiyyətlərinin olduğu Çjençjou şəhərində yerləşir. iPhone Pro və iPhone Pro Max modellərinin böyük hissəsi məhz bu zavodda istehsal edilir. Aydın məsələdir ki, alıcılar arasında ən məşhur olan iPhone modellərinin istehsalat göstəricilərinin aşağı düşməsi öz növbəsində Apple şirkətinin bu ilin dördüncü rüb və ümumilikdə bütün il ərzində olacaq maliyyə hesabatlarına ciddi təsir göstərəcək.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər