Apple Çində iPhone modellərinin satışlarının qadağan edilməsi təhlükəsi ilə qarşılaşa bilər

Apple Çində iPhone modellərinin satışlarının qadağan edilməsi təhlükəsi ilə qarşılaşa bilər

Startup və Biznes
07.09.2021 PAYLAŞIM

    Apple şirkətinin Çindəki biznesi təhlükə altına düşə bilər. Belə ki, Çinin Xiaoi Robot adlı şirkəti 8 il bundan öncə Apple şirkətini məhkəməyə vermişdi. Məsələ isə Siri səsli köməkçisinə olan patent hüquqları ilə bağlıdır. Qeyd etmək lazımdır ki, Xiaoi Robot digər şirkət olan Shanghai Zhizhen Intelligent Network Technology Co.-ya məxsusdur. Bir neçə müddət bundan öncə sözügedən şirkət Çinin Ali Xalq Məhkəməsinə müraciət edərək Apple şirkətinə qarşı iddia qaldırıb. Şirkətin məhkəmədən əsas tələbi Apple-dan 1.5 milyard dollar dəyərində təzminat əldə etməkdir.

    Belə ki, şirkətin iddiasına əsasən Apple patent hüquqlarını pozub. Siri səsli köməkçisi 2007-ci ildə yaradılıb və yaradılandan sonra ondan əsasən mətnli çatlarda istifadə olunub. 2010-cu ildə isə Apple sözügedən səsli köməkçini 200 milyon dollara almışdı. 2011-ci ildən başlayaraq Apple bu müddət ərzində Siri-ni öz məhsullarına əlavə edib və onu iPhone-nun ayrılmaz hissəsinə çevirib. Lakin 2004-cü ildə Shanghai Zhizhen şirkəti Little i Robot adlı məhsul üçün ZL200410053749.9 adlı patent sorğusunu göndərmişdi. 2009-cu ildə sözügedən patent təsdiqlənmişdi.


    Beləliklə şirkətin iddiasına əsasən Apple bu patentin hüquqlarını pozub. Shanghai Zhizhen Çinin Ali Xalq Məhkəməsinə müraciət edərək ZL200410053749.9 patentini pozan iPhone modellərinin istehsallarını, importlarını və satışlarını qadağan etməyi tələb edir. Əgər Shanghai Zhizhen şirkəti məhkəmə prosesinin nəticəsində qalib gəlsə, Apple iPhone modellərinin satışlarının Çində qadağan olunması təhlükəsi ilə üz-üzə qalacaq. Qeyd etmək lazımdır ki, Çin bazarı Apple üçün çox vacib hesab edilir.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Cənubi Koreya hökuməti Google şirkətini 177 milyon dollar dəyərində cərimələyib..

Cənubi Koreya hökuməti böyük texnoloji şirkətlər barəsində ciddi tədbirlər görməkdə davam edir...


Apple şirkəti məhkəməyə verilib və ondan 200 milyard dollar təzminat tələb olunu..

Nyu-Cersi ştatından olan Primary Productions adlı şirkət Apple-a qarşı kollektiv məhkəmə iddiası qal..


Xiaomi elektromobil istehsalı ilə məşğul olacaq şirkətini rəsmi qeydiyyatdan keç..

Smartfonlarla yanaşı digər elektron cihazların istehsalı ilə məşhur olan Xiaomi şirkəti elektromobil..


Google və Apple ödəniş sistemlərinin tətbiqlərə məcburi inteqrasiyaları Cənubi K..

Cənubi Koreya Google və Apple kimi böyük şirkətlər ilə bağlı yeni qanun layihəsi qəbul edib. ..


Joe Biden administrasiyası Huawei-yə qarşı təyin edilmiş sanksiyaları yumşaltmağ..

Joe Biden artıq yarım ildən bir qədər çoxdur ki, ABŞ hökumətinin rəhbəri vəzifəsində çalışır. Lakin ..


İlk dəfə olaraq Google Play platformasının gəlirləri barəsində məlumat təqdim ed..

Google şirkətinə qarşı aparılan növbəti antimonopoliya istintaqı çərçivəsində ilk dəfə olaraq Google..

×