Logo
    main-post-cover

    Apple minlərlə ştatdankənar işçini işdən azad etməyə başlayıb

        Amazon, Meta, GoogleMicrosoft-dan fərqli olaraq Apple son zamanlarda işçilərin kütləvi şəkildə işdən qovulması prosesindən yan keçirdi. İndi isə məlum olub ki, Apple da digərləri kimi bu prosesə qoşulub. Belə ki, son günlərdə Apple yüzlərlə ştatdankənar işçi ilə müqavilələrə xitam verib. Söhbət, kənar agentliklər tərəfindən Apple şirkətinə işə qəbul edilmiş işçilərdən gedir. Faktiki olaraq onlar şirkətin ştat işçiləri birlikdə Apple layihələri üzərində çalışırlar. Məlumata əsasən bu, Apple şirkətinin öz xərclərini aşağı salmağa çalışması ilə əlaqələndirilir.
        Bu məlumatı təqdim etmiş mənbələrdən birinin verdiyi məlumata əsasən şirkət tərəfindən müqavilələrə ani olaraq xitam verilməsi gözlənilməz olub. Belə ki, hələ bir neçə müddət bundan öncə şirkət öz işçilərinə bildirmişdi ki, onların iş yerləri üçün heç bir risk yoxdur. Apple-da çalışan işçilərin çoxu belə bir fikirə sahib idilər ki, şirkət digər texnoloji şirkətlər kimi aktiv şəkildə işçi qəbulunu reallaşdırmadığı üçün mövcud işçilərin də işdən azad edilmələri ehtimalı yoxdur. Apple özü isə ştatdankənar işçilərin işdən azad edilmələrini qovma deyil, xərclərin azaldılması prosesi adlandırır. Apple üçün çalışan ştatdankənar işçilərin dəqiq sayı məlum deyil. Lakin güman olunur ki, onların sayı minlərlədir.
    Paylaş
    Bənzər xəbərlər