main-post-cover

    Apple prosessor istehsalçısı ARM Holdings-in alınması ilə bağlı Softbank-la danışıqlar aparıb

    Tech-Biznes
    Startup və Biznes
    e-ticaret
    23.07.2020
    Emil Nəcəfov
        Bir neçə müddət bundan öncə məlumat ortaya çıxmışdı ki, Softbank holdinqi ən böyük prosessor istehsalçılarından biri olan ARM Holdings-i satmağı planlaşdırır. İndi isə internetdə potensial alıcı barəsində məlumat ortaya çıxıb. Bloomberg-in verdiyi məlumata əsasən Softbank və Apple təmsilçiləri ARM Holdings-in aqibəti məsələsində danışıqlar aparıblar. Təbii ki, Apple şirkəti prosessor istehsalı sahəsində ARM Holdings kimi təmsilçinin əldə edilməsində maraqlıdır.
        Belə ki, şirkət ARM platforması üzərində fərdi prosessorların istehsal edilməsinə start verməyə hazırlaşır. Lakin şirkət hələ qiymət təklif etməyə hazır deyil. Əslində bu heç də təəccüblü deyil. Çünki sözügedən məsələdə bir sıra vacib məqam var. İlk növbədə qeyd etmək lazımdır ki, Apple şirkət çox nadir hallarda bu cür böyük müqavilələr reallaşdırır. Softbank şirkəti ARM Holdings-i 2016-cı ildə 32 milyard dollara almışdı. Bu isə Apple şirkətinin sonuncu böyük alışının dəyərindən 10 dəfə çoxdur.
        Apple 2014-cü ildə 3 milyard dollara Beats Electronics LLC-ni almışdı. Bundan əlavə olaraq əgər Softbank ilə Apple arasında razılıq əldə olunsa, çətinki antimonopoliya komitəsi buna icazə versin. Apple şirkəti ARM Holdings-in bir çox müştərisi ilə rəqabət aparır və ARM Holdings-in alınması Apple şirkətinin həmin müştərilər üzərində idarəsi deməkdir. Qeyd etmək lazımdır ki, ARM Holdings-in əldə ediməsində Google, Microsoft, Huawei, Nvidia Intel kimi şirkətlər də maraqlıdır.
    Linki kopyala