main-post-cover

    Apple şirkəti Elon Musk-ı Twitter tətbiqini App Store-dan silməklə hədələyib

    Tech-Biznes
    Startup və Biznes
    e-ticaret
    29.11.2022
    Emil Nəcəfov
        Elon Musk-ın sözlərinə əsasən Apple şirkəti onu heç bir səbəb təqdim etmədən Twitter-in tətbiqini App Store-dan silməklə hədələyir. Qeyd etmək lazımdır ki, Musk öz Twitter hesabında bildirib ki, Apple sosial şəbəkə daxilində reklamların yerləşdirilməsini dayandırıb. Məlumata əsasən Apple şirkətinin Twitter tətbiqini App Store-dan silmək xəbərdarlığını Musk-ın məhz bu açıqlamasından sonra edib. “Apple Twitter-də reklam yerləşdirməni dayandırıb. Onlar ABŞ-da söz azadlığına nifrət edirlər?” - deyə Musk qeyd edib. Bir neçə gün bundan öncə məlum oldu ki, Apple və Google şirkətlərinin sosial şəbəkənin tətbiqini App Store və Google Play platformalarından siləcəkləri halda Musk məcbur şəkildə alternativ smartfonu satışa çıxartmalı olacaq. Son zamanlarda Musk ilə Apple arasında münasibətlərin soyuduğu məlumdur. Belə ki, Musk dəfələrlə şirkətin App Store platformasında olan 30%-lik komissiyanı tənqid edib.
    Linki kopyala