Apple şirkəti məhkəməyə verilib və ondan 200 milyard dollar təzminat tələb olunur

Apple şirkəti məhkəməyə verilib və ondan 200 milyard dollar təzminat tələb olunur

Startup və Biznes
06.09.2021 PAYLAŞIM

    Nyu-Cersi ştatından olan Primary Productions adlı şirkət Apple-a qarşı kollektiv məhkəmə iddiası qaldırıb. Primary Productions-ın tətbiq tərtibatçısı Apple şirkətini antimonopoliya qanunvericiliyini pozmaqda günahlandırır və ondan 200 milyard dollar təzminat tələb edir. Məhkəmə iddiasını qaldırmış tərtibatçının sözlərinə əsasən Primary Productions şirkətinin tətbiqinin daxilində olan blockchain portmanatı vasitəsilə alış-verişlərin ödənilməsi mümkünlüyü barəsində istifadəçiləri məlumatlandırmaq cəhdi zamanı şirkətin tətbiqi App Store-da qara siyahıya əlavə edilib. Məhkəmə iddiasında Apple şirkət tətbiqinin qara siyahıya və axtarış reytinqlərinin aşağı salınmasında günahlandırılır.

    Bundan əlavə olaraq Primary Productions şirkəti tərtibatçıların qonorarları və komissiyaları barəsində Apple şirkətinə qarşı iddialara sahibdir. Məlumata əsasən Apple şirkəti bu məsələ ilə bağlı məhkəmə iddiasını Men ştatından Kaliforniya ştatına köçürüb. Gözləntilərə əsasən məhkəmə prosesi çərçivəsində Apple tələb olunan təzminat məbləğini aşağı salmağa çalışacaq və App Store platformasını əhatə edən biznes siyasətinə dəyişikliklər əlavə edəcək. Qeyd etmək lazımdır ki, hələ bir neçə müddət bundan öncə Apple artıq bu cür dəyişiklikləri Cənubi Koreya və Yaponiyada reallaşdırmışdı.


Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Cənubi Koreya hökuməti Google şirkətini 177 milyon dollar dəyərində cərimələyib..

Cənubi Koreya hökuməti böyük texnoloji şirkətlər barəsində ciddi tədbirlər görməkdə davam edir...


Xiaomi elektromobil istehsalı ilə məşğul olacaq şirkətini rəsmi qeydiyyatdan keç..

Smartfonlarla yanaşı digər elektron cihazların istehsalı ilə məşhur olan Xiaomi şirkəti elektromobil..


Google və Apple ödəniş sistemlərinin tətbiqlərə məcburi inteqrasiyaları Cənubi K..

Cənubi Koreya Google və Apple kimi böyük şirkətlər ilə bağlı yeni qanun layihəsi qəbul edib. ..


Joe Biden administrasiyası Huawei-yə qarşı təyin edilmiş sanksiyaları yumşaltmağ..

Joe Biden artıq yarım ildən bir qədər çoxdur ki, ABŞ hökumətinin rəhbəri vəzifəsində çalışır. Lakin ..


İlk dəfə olaraq Google Play platformasının gəlirləri barəsində məlumat təqdim ed..

Google şirkətinə qarşı aparılan növbəti antimonopoliya istintaqı çərçivəsində ilk dəfə olaraq Google..

×