Apple şirkəti virtual reallıqda tədbirlərin canlı yayımını edən NextVR adlı startapı aldı
Tech-Biznes
Startup və Biznes
e-ticaret
15.05.2020
Farid Pardashunas
Apple şirkəti Kaliforniyanın NextVR adlı startapını aldı. Bu startap idman və əyləncə tədbirlərinin virtual reallıqda canlı yayımı ilə məşğul olur. Bu barədə Bloomberg saytı xəbər verib. NextVR startapının Apple tərəfindən alınması barəsində ilk xəbərlər hələ keçən ay ortaya çıxmışdı. Lakin şirkət ilə startap arasındakı müqavilə indi bağlanıb.
İnsayderlərin məlumatlarına əsasən Apple sözügedən startapı almaq üçün 100 milyon dollar vəsait sərf edib. NextVR-ın saytında qeyd olunub ki, şirkət hal hazırda yeni istiqamət üzrə hərəkət edir. Bloomberg saytına bu məsələ ilə bağlı Apple təmsilçiləri standart şərh bildiriblər: “Apple çox zaman böyük olmayan texnoloji şirkətləri əldə edir və biz öz məqsədlərimiz ilə planlarımız barəsində məlumat vermirik”. Çox güman ki, Apple şirkəti NextVR startapının patentlərindən öz VR cihazında istifadə edəcək.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
YouTube öz yeni dizaynını test etməyə başlayıb
Telegram-ın yaradıcısı Pavel Durov geniş müsahibə verib (VİDEO)