
Apple şirkətinin bazar dəyəri sutka ərzində 200 milyard dollara yaxın artıb
Startup və Biznes
11.11.2022
Emil
Apple şirkətinin bazar dəyəri sutka ərzində 200 milyard dollar-a yaxın yüksəlib. Bu isə öz növbəsində şirkət tarixində müşahidə edilmiş ən böyük qiymət artımıdır. Qeyd etmək lazımdır ki, bir həftə bundan öncə şirkətin bazar dəyəri aşağı düşmüşdü. Keçən ayın sonunda məlum olmuşdu ki, Apple öz xərclərini aşağı salmağı planlaşdırır və hətta bütün sahələrində yeni işçilərin qəbul prosesini dayandırıb. Məlumatda qeyd edilmişdi ki, şirkətin yalnız tədqiqat və məhsulların hazırlanması ilə məşğul olan sahələrində yeni işçilərin qəbulu davam edir.
İnvestorlar isə ortaya çıxmış bu məlumata çox neqativ yanaşdılar və nəticədə Apple səhmlərinin dəyəri 151$-dan 139$-a düşdü. Şirkətin bazar dəyəri isə bir gecə ərzində 97.7 milyard dollar aşağı düşdü. 10 noyabr tarixində ABŞ-ın oktyabr ayı üzrə təqdim edilmiş inflyasiya göstəriciləri gözləniləndən daha aşağı olublar. Bu isə öz növbəsində fond bazarının böyüməsinə və böyük texnoloji şirkətlərin səhmlərinin dəyərlərinin yüksəlməsinə səbəb olub. Nəticədə Apple səhmləri 8.9% yüksələrək 146.87$ təşkil edib. Şirkətin bazar dəyəri isə bir gün ərzində 190.9 milyard dollar yüksəlib. Qeyd etmək lazımdır ki, Amazon şirkəti bu ilin fevral ayında bir gün ərzində öz bazar dəyərini 190.8 milyard dollar yüksəltmişdi. Beləliklə Apple bu rekordu geridə qoyub.
Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

Honor X70-in 4 gövdə rəngində fotoları təqdim edilib
