Avropa Birliyi Meta şirkətini 1,2 milyard avro dəyərində cərimələyib: Səbəb nədir?

Avropa Birliyi Meta şirkətini 1,2 milyard avro dəyərində cərimələyib: Səbəb nədir?

Startup və Biznes
23.05.2023 PAYLAŞIM

    Meta şirkəti Avropa Birliyinin personal məlumatların qorunması üzrə ümumi reqlamentinin (GDPR) qaydalarına riayət  və istifadəçi məlumatlarının təhlükəsizliklərinin lazımi səviyyədə təmin təmin etmədiyi halda Avropa rezidentlərinin məlumatlarının ABŞ-a ötürülməsi səbəbilə 1.2 milyard avro dəyərində cərimələnib. Bundan əlavə olaraq şirkətdən məlumatların ABŞ-a ötürülməsinin dayandırılması tələb edilib. Avropa Birliyinin fikrincə bu, avropalı vətəndaşların özəl həyatlarının toxunulmazlıqlarını pozur.

    Meta üçün 1.2 milyard avro dəyərində cərimə İrlandiyanın məlumatların qorunması üzrə komissiyası (DPC) təyin edib. Komissiya bildirib ki, məlumatların ABŞ-a ötürülməsi üçün olan hüquqi baza Avropa Birliyindəki Facebook istifadəçilərinin əsas hüquqları ilə azadlıqlarına ola biləcək riskləri aradan qaldırmır. Qeyd etmək lazımdır ki, Avropa Birliyi daha öncə buna bənzər qanun pozuntusuna görə Amazon şirkətini 746 milyon avro dəyərində cərimələmişdi. Meta üçün təyin edilmiş cərimənin məbləği isə rekord olub.


    Məlumatların ABŞ-a ötürülməsi Meta şirkətinin reklam targetinqi üzrə geniş fəaliyyətinin əsas hissəsini təşkil edir. Keçən il şirkət bildirmişdi ki, o, Avropadakı məlumatları ABŞ-a ötürmək imkanının olmadığını gördüyü halda Facebook ilə Instagram-ın Avropada deaktiv edilməsi ehtimalını nəzərdən keçirəcək. Avropa Birliyinin siyasətçiləri bu cür xəbərdarlığı bir təhdid kimi qəbul etdilər. “Meta şirkəti məlumatların qorunması üzrə müəyyən standartların ləğv edilməsi səbəbilə Avropa Birliyini təhdid edə bilməz” - deyə Avropa Birliyinin qanunvericisi Axel Voss qeyd etmişdi.



DAHA ÇOX


Generativ süni zəka sahəsinin həcmi 10 il ərzində 1 trilyon dollardan çox olacaq..

Süni zəka əsaslı ChatGPT və Google Bard çat-botlarının istifadəyə verilmələri İT sahənin generativ s..


Elon Musk yenidən dünyanın ən varlı şəxsi olub

Bloomberg dünyanın ən varlı şəxsləri reytinqini yeniləyib.


Xiaomi endirimli alış-verişlər çərçivəsində 4 saat ərzində 580 milyon dollar qaz..

Çində hər il keçirilən 618 adlı endirimli alış-verişlərə start verilib.


Avropa Birliyinin süni zəka ilə bağlı qanun layihəsi səbəbilə OpenAI Avropa baza..

OpenAI şirkətinin CEO-su olan Sam Altman xəbərdarlıq edib ki, Avropa Birliyi regionunda süni zəka sa..


Meta şirkəti növbəti işçi ixtisarını reallaşdırır

Keçən ilin noyabr ayında Meta şirkəti 11 000 nəfər işçinin ixtrisarını reallaşdırmışdı...

×