Avropa Birliyi NFC çipi və Apple Pay-ə görə Apple şirkətini qeyri rəqabətdə günahlandırmağı planlaşdırır

Avropa Birliyi NFC çipi və Apple Pay-ə görə Apple şirkətini qeyri rəqabətdə günahlandırmağı planlaşdırır

Startup və Biznes
07.10.2021 PAYLAŞIM

    Avropa Birliyinin antimonopoliya orqanları iPhone-lardakı NFC çipi və Apple Pay servisi ilə bağlı Apple şirkətini qeyri rəqabətdə günahlandırmaq niyyətindədirlər. Bu barədə Reuters saytı xəbər verib. Reuters saytının hesabatına əsasən ittihamlar antimonopoliya orqanları tərəfindən hazırlanır və artıq gələn ilin əvvəlində Apple şirkətinə qarşı yönəldilə bilər. Avropa Komissiyası iPhone-lardakı NFC çipi və Apple Pay servisi ilə bağlı istintaqa keçən  il start vermişdi. Həmin vaxtda komissiya bildirmişdi ki, istintaqın əsas məqsədi Apple şirkətinin kontaktsız ödənişlər üzrə digər xidmətləri bloklamaqla iPhone-lardakı NFC çipinin məhdudlaşdırılmasının ədalətli olub-olmadığını öyrənməkdir.

    Yeni hesabatda isə qeyd edilib ki, Avropa Birliyinin antimonopoliya orqanları NFC texnologiyası ilə bağlı olan qeyri rəqabətçi praktika məsələsində Apple şirkətini günahlandırmağı planlaşdırırlar. Məsələ ilə bağlı detallar bilinməsə də bu, Apple şirkətinin mobil ödənişlər sistemini digər şirkətlər üçün aktivləşdirə bilər. Apple şirkətinin uzun illər ərzində iPhone modellərindəki NFC çipini hamı üçün tədricən aktivləşdirməsinə baxmayaraq Apple Pay servisinin iOS-ə inteqrasiyası ilə müqayisədə kənar şirkətlər üçün inteqrasiya prosesi çox qəliz reallaşdırılır. Məsələn iPhone NFC skanerinə yaxınlaşan zaman həmin anda Wallet və Apple Pay interfeysləri ortaya çıxırlar. Kənar şirkətlər üçün isə bu cür imkan reallaşdırılmayıb.


Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


ABŞ-ın böyük texnoloji şirkətlərinə qarşı yeni antimonopoliya qanunu hazırlanır..

ABŞ-ın iki əsas partiyasını təmsil edən təmsilçilər senatorlar Amy Klobuchar və Chuck Grassley-in rə..


Facebook-un keçmiş əməkdaşı şirkət barəsində vacib sənədləri hüquq-mühafizə orqa..

Facebook-un məlumatlar analizi üzrə keçmiş əməkdaşı Sophie Zhang bildirib ki, o, Facebook-un potensi..


Elon Musk yenidən dünyanın ən varlı şəxsi seçilib və o bu münasibətlə Jeff Bezos..

Forbes jurnalı bazar ertəsi Elon Musk-ı indiyənə kimi 200 milyard dollar sərvətə sahib olmuş üçüncü ..


Cənubi Koreya hökuməti Google şirkətini 177 milyon dollar dəyərində cərimələyib..

Cənubi Koreya hökuməti böyük texnoloji şirkətlər barəsində ciddi tədbirlər görməkdə davam edir...


Apple şirkəti məhkəməyə verilib və ondan 200 milyard dollar təzminat tələb olunu..

Nyu-Cersi ştatından olan Primary Productions adlı şirkət Apple-a qarşı kollektiv məhkəmə iddiası qal..

×