Avropa Birliyi smartfonlara silinməyən tətbiqlərin quraşdırılmasının qadağasını təklif edib

Avropa Birliyi smartfonlara silinməyən tətbiqlərin quraşdırılmasının qadağasını təklif edib

Startup və Biznes
01.10.2020 PAYLAŞIM

    Avropa Birliyi smartfonlarda və digər elektronik cihazlarda böyük şirkətlərin silinməyən tətbiqlərinin məcburən quraşdırılması imkanının məhdudlaşdırılması üzrə qanunvericilik hazırlayıb. Bu qanunvericiliyin qəbul olunacağı halda o, Amazon, Apple, Google Facebook kimi böyük şirkətlərin işlərinə təsir göstərəcək. Bununla yanaşı sözügedən qanunvericilik istifadəçi məlumatları ilə bağlı digər məhdudlaşdırıcı tədbirləri özündə birləşdirir. Bu barədə Arstechnica saytı xəbər verib.

    30 bənddən ibarət bu layihənin sənədi böyük şirkətlərin öz rəqiblərinə zərər verərək servislərinin müxtəlif sayt və platformalarda məşhurlaşdırılmasını qadağan edir. Qadağan olunan öhdəliklər sırasına həmçinin mobil cihazlara silinməyən tətbiqlərin quraşdırılması və bunu digər istehsalçılardan tələb olunması da daxildir. Bununla yanaşı Avropa Birliyi təmsilçiləri platformalarda yığılan konfidensial istifadəçi məlumatlarının böyük şirkətlər tərəfindən öz kommersiya mqəsədlərində istifadəsinin də qadağan olunmasını tələb edirlər.


    İstisna olaraq yalnız biznes istifadəçilərinin məlumatları ola bilər. Belə ki, onlar da bu cür prosesi yerinə yetirirlər. Avropa Birliyinin əsas məqsədi biznes sahəsində istifadə olunan məlumatların yığılaraq filtrasiyadan keçirilməsi ilə məşğul olan şirkətlərin fəaliyyətlərini məhdudlaşdırmaqdır. Bununla yanaşı sənəddə qeyd olunub ki, hansısa böyük şirkətin bazardakı üstünlüyü rəqiblərə zərər yetirərsə həmin şirkətin Avropa biznesinin satılma ehtimalı mövcud olacaq. Gözləntilərə əsasən yeni qanun layihəsinin hazır sənədi ilin sonuna kimi təqdim olunacaq. 

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Geniş istifadəçi kütləsi: Apple şirkəti sentyabrda vacib statistik göstəricini ə..

Apple məhsullarının mütəxəssisi kimi fəaliyyət göstərən Neil Cybart adlı sənayə analitiki iPhone məh..


Samsung-u indiki vəziyyətə gətirmiş şəxs: Samsung rəhbəri Lee Kun-hee 78 yaşında..

Dünən Samsung şirkətinin rəhbəri Lee Kun-hee 78 yaşında vəfat edib. Bu barədə Bloomberg saytı xəbər ..


Apple ilə sıx əməkdaşlıq: Google şirkətinə qarşı olan məhkəmə ittihamının yeni t..

20 oktyabr tarixində ABŞ-ın Ədliyyə Nazirliyi Google şirkətinə qarşı məhkəmə iddiası qaldırdı. Nazir..


Hegemonluğa son?: ABŞ-ın Ədliyyə Nazirliyi Google şirkətinə qarşı antimonopoliya..

Məhkəmə iddiasında qeyd olunub ki, şirkət axtarış sistemləri ilə rəqəmsal reklam sahələrində hegemon..


Təmiz enerjiyə keçid prosesi: 2030-cu ildən sonra neftə olan tələbat aşağı düşmə..

Beynəlxalq energetika agentliyinin analitiklərinin fikirlərinə əsasən koronavirus pandemiyası yaxın ..


Huawei şirkəti Honor brendinin bir hissəsini satmağı planlaşdırır

Bu ayın əvvəlində məşhur analitik Ming-Chi Kuo bildirmişdi ki, Huawei şirkəti özünün Honor brendini ..

×