
Avropa komissiyası böyük texnoloji şirkətlər üzərində nəzarəti gücləndirəcək
Startup və Biznes
21.09.2020
Emil
Avropa komissiyası Google, Facebook, Amazon və Apple kimi böyük rəqəmsal şirkətlər üzərində idarəni gücləndirmək niyyətindədir. Bu barədə Financial Times saytı daxili bazar üzrə avropalı komissar Thierry Breton-un bəyanatına istinadən xəbər verib. “Bizə böyük platformalar üzərində daha yaxşı nəzarət lazımdır” - deyə Breton öz bəyanatında qeyd edib. O bildirib ki, idarəetmə qaydaları hazırlanma mərhələsindədir. Həmin təkliflər razılaşdırılandan sonra onlar Avropa parlamenti və Avropa şurası tərəfindən təsdiqlənməli olacaqlar.
Məlumata əsasən yeni qaydalar bu ilin sonuna kimi təqdim olunacaqlar. Həmin qaydalar həmçinin dezinformasiya ilə mübarizəni və özəl məlumatların qorunmasını özlərində birləşdirəcəklər. Daha sərt idarəetmə tədbirlərinin yaradılmasının əsas məqsədi Avropa Birliyində istehlakçıların və daha kiçik texnoloji şirkətlərin hüquqlarının qorunmasıdır. Yeni qaydalar əsasən platformaların öz istifadəçilərini yalnız fərdi servislərdən istifadə ilə məhdudlaşdırdıqları hallarda sanksiyaların tətbiqini nəzərdə tuturlar.
Thierry Breton həmçinin qeyd edib ki, hüquqların qorunması üzrə hazırlanan yeni qaydalar ekstremal vəziyyətlərdə tətbiq ediləcək radikal tədbirlərə də sahibdirlər. Məsələn, böyük texnoloji qrupların vahid bazardan çıxarılması. Bununla yanaşı Breton reytinqlər sisteminin də istifadəsini istisna etmir. Bu sistem vasitəsilə ictimaiyyət vergi tələbləri və qanuni olmayan kontentlərin hansı sürətlə aradan qaldırılması məsələlərində şirkətlərin qərarlarını qiymətləndirə bilərdilər.
Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

ABŞ ordusu zirehli texnika əvəzinə dronlara üstünlük verəcək
