Azərbaycan Dünyanın 70 ölkəsində keçirilən startap proqramında (Qeydiyyat başladı)

06.03.2019 0 PAYLAŞIM 622 OXUNMA

    “Social Innovation Lab (Sil.)” innovasiya mərkəzinin rəsmi təşkilatçılığı ilə yaradıcı sənayelər üzrə beynəlxalq “Creative Business Cup (CBC)” Azərbaycan 2019 startap proqramına qəbul açıq elan edilir!

    Proqramın həyata keçirilməsində Sil. innovasiya mərkəzinin əsas tərəfdaşı Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyidir. Nazirlik “Creative Business Cup” 2019 müsabiqəsinə yaradıcı və mədəniyyət sənayelərinin inkişafı, bu sahədə müasir biznes təşəbbüslərini dəstəkləmək, innovative ideyalara təkan vermək məqsədilə qoşulmuşdur.

    Elə indi “Creative Business Cup Azerbaijan” proqramına müraciət etməklə Azərbaycanı 2019-cu il iyun və iyul aylarında, Danimarkanın Kopenhagen şəhərində keçiriləcək Creative Business Cup – ın Dünya Finalında təmsil etmək şansını qazanın!

    Proqram özünün öyrədici strukturuna və əhatəsinin genişliyinə görə qəbul olunan startaplara və ideya müəlliflərinə çox böyük proqress xətti təklif edir.

    Kimlər bu proqramda iştirak edə bilər?

    İnnovativ yaradıcı biznes ideyasına sahib və sahibkar ruhlu hər bir şəxs bu proqrama qatıla bilər. Tələbə, sahibkar, startapçı, müəllim və s. peşəsindən asılı olmayaq, “Creative Business Cup” bu sahəyə maraq göstərən hərkəs üçün açıqdır.

    Hansı ideyalarla müraciət etmək olar?

    Proqrama aşağıdakı sahələrdən istənilən birinə aid hər hansı bir innovative layihə və ya ideya ilə müraciət edin:

    Musiqi, Film, Video & Fotoqrafiya, Sənətkarlıq, Rəssamlıq və Heykəltəraşlıq, Teatr, Ədəbiyyat və Nəşriyyat, Radio və Televiziya, Dizayn, Moda, Memarlıq, Reklam, Kompüter Oyunları və Elektronika, Oyuncaqlar və Oyunlar, 3D Çap, Proqram təminatı, Antik Bazarlar, , Qastronomiya, Asudə Vaxt fəaliyyətləri.

    "Creative Business Cup" 4 əsas mərhələdən ibarətdir:

    Mərhələ 1: 2-günlük intensiv təlim kampı (Bootcamp) – 16 - 17 mart, 2019

    Azərbaycan üzrə nəticələrə görə, “Creative Business Cup” proqramına qəbul olunan 13 startap komandası/layihə CBC proqramının Azərbaycanda rəsmi təşkilatçısı “Sil.” innovasiya mərkəzinin mentor komandası tərəfindən 9 modul üzərində keçirilən 2 günlük intensiv təlimlərdə iştirak edirlər. Burada iştirakçılar startap qurulmasında ən vacib biznes biliklərini praktiki olaraq öz layihələri üzərində tətbiq edərək öyrənirlər.

    Mərhələ 2: İntensiv pre-akselerasiyaproqramı – 17 mart - 10 aprel, 2019

    İki günlük təlim proqramı bitdikdən sonra komandalar 5 həftəlik ölkədaxili kouçinq sessiyalarına başlayırlar. Burada komandalar ekspertlər tərəfindən “Creative Business Cup”-ın müəyyən etdiyi vacib biznes konseptləri üzərində praktiki olaraq işləyəcək, layihələrinin ilkin işlək versiyasını tərtib edərək, ölkə finalına hazırlaşacaqlar.

    Mərhələ 3: Ölkə Finalı – 12 aprel, 2019

Ölkədaxili kouçinq sessiyalarından sonra komandalar xarici ekspertlərin də iştirak edəcəyi münsiflər qarşısında Dünya Finalına vəsiqə əldə etmək üçün təqdimatlar edəcəklər. Ümumilikdə, 70-ə yaxın ölkənin hər birinin ölkə finalı qalibi olan startap komandası Danimarkanın Kopenhagen şəhərində keçiriləcək Dünya Finalına vəsiqə qazanacaqdır.

    Mərhələ 4: "Dünya Finalı" – Kopenhagen, Danimarka, 29 - 30 iyun, 2019 (Dünya Finalistləri üçün Kamp), 1-2 iyul, 2019 (Dünya Finalı)

    Hər ölkədən olan qalib startap komandalar Dünya Finalında bir yerə toplanacaq və dünyanın qabaqcıl investorları və ekspertləri qarşısında təqdimatlar edəcəklər. Dünya Finalında dünyanın 70-ə yaxın ölkəsindən iştirakçıların iştirak etdiyi proqramda Milli qalib startapımız yarışacaq.

    Müsabiqənin milli mərhələsi üzrə Azərbaycandan proqrama qəbul olunacaq 13 startap pre-akselerasiya proqramı çərçivəsində təkmilləşərək Danimarkada keçiriləcək qlobal final və aşağıdakı mükafatlar uğrunda yarışacaqlar:

– Birinci yerin qalibi: Dünya Finalında iştirak üçün bütün xərclərin sponsorluğu,

– İkinci, üçüncü yerlər və ən bəyənilən qadın sahibkar (startapçı) nominasiyalarının qaliblərinə dəyərli hədiyyələr.

CBC Qlobal Finalının mükafatları:

– Birinci yer: 7,000 avro,

– İkinci yer: 3,500 avro,

– Üçüncü yer: 1,500 avro,

– Əlavə olaraq 4 fərqli mövzu mükafatı (cəmi: 17,000 avro).

Son müraciət tarixi: 10 mart, 2019-cu il

    Özünüzə və ideyalarınıza güvənin və müraciət edin!

    Müraciət forması: https://platform.younoodle.com/competition/cbc_2019_azerbaijan

    Suallarla bağlı “CreativeBusinessCupAzerbaijan” və ya “Social Innovation Lab” facebook səhifələrinə yaza və ya +994772099700 nömrəsinə zəng vuraraq müraciət edə bilərsiniz.

    “Sil.” innovasiya mərkəzinin təşkil etdiyi digər beynəlxalq proqramlar haqqında məlumatlı qalmaq üçün “Social Innovation Lab” facebook səhifəsini izləyə və www.sil.vc veb səhifəsindən ətraflı məlumat əldə edə bilərsiniz.

    Bir daha qeyd edək ki, “Creative Business Cup” 2019 proqramı Azərbaycanda “Sil.” innovasiya mərkəzinin rəsmi təşkilatçılığı və Mədəniyyət Nazirliyinin əsas tərəfdaşlığı ilə həyata keçirilir.