Reklam
Azərbaycanda yeni Mələk İnvestorlar Klubu yaradıldı

Azərbaycanda yeni Mələk İnvestorlar Klubu yaradıldı

Startup və Biznes
27.04.2022 PAYLAŞIM

ABŞ şirkəti “Technovate İnvestments”in qurucusu Fərid İsmayılzadənin Marja.az-a müsahibə verib. Müsahibədə Fərid İsmayılzadə 'Technovate Investments' barəsində məlumatları bölüşüb. Həmin müsahibəni sizlərə təqdim edirik.

    İlk öncə qeyd edək ki, Fərid İsmayılzadə Azərbaycanda fəaliyyət göstərən "GoldenPay" (Hesab.az portalının sahibi) və "eMobile"  şirkətlərinin qurucusudur. O, "GoldenPay" və "eMobile" şirkətlərini satdıqdan sonra ABŞ-a köçmüş, “Technovate İnvestments” şirkətini qurmuş, Azərbaycan və Gürcüstandan olan startaplara investisiya qoyuluşları ilə dəstək olmağa başlamışdır.


    Marja: Fərid müəllim, Amerikada işlər nece gedir?

    Fərid İsmayılzadə: Amerikada işlərin gedişatından razıyam. “Technovate”in portfelində 5 startap var. Bunlardan 4-ü artıq Amerikadadır. Sonuncunun isə bazar araşdırılması bağlı işləri gedir, və bu proses bitən kimi önümüzdəki aylarda onu da Amerikaya aparacayıq.

    Marja: “Amerikaya aparmaq” deyəndə nə nəzərdə tutursunuz?

    Fərid İsmayılzadə: “Technovate Investments”  vençur və ya “startup studio” modeli ilə işləyir. Bu startaplar ilə işləyən inkubator və akselator modelindən fərqli modeldir. Biz qlobal potensiallı və geniş miqyaslı problemlərin həllinə ünvanlanan startapları tapırıq, sonra onlarla birlikdə prototip yaradılana, komanda özünü sübut edənə qədər işləyirik, sonra o startapı şirkət olaraq ABŞ-da qeydiyyata alırıq və onlara əlavə maliyyə tapmasına və tam ayağa durub özü irəliləyə bilənə qədər dəstək oluruq. Bu çox butik və birə-bir yanaşmadır. İnkubator və akselatorlarda isə hər şey şirkətin qurucularından asılı olur. Ona görə də inkubator və akselator modelində startapın uğur qazanma əmsalı qlobal olaraq 4-5 faiz qiymətlərdilirsə vençur studio modelində isə bu rəqəm 40 faizə qədər qalxa bilir. İndi bizim startaplardan 4-ü artıq Amerikada qeydiyyatdan keçib və növbəti illər üçün lazımı vəsaitlər cəlb edib. Hətta biri artıq məhsulunun satışına da başlayır.

    Marja: Bütün startaplar Azərbaycandandırmı?

    Fərid İsmayılzadə: Hamısı yox. Bizim studio-da Gürcüstan startapı da var. İstənilən qlobal potensiallı startapla işləməyi istisna etmirik.

    Marja: Belə çıxır üç ekosistemdə təmsil olunursunuz. Azərbaycan, Gürcüstan və ABŞ. Bunlar arasında fərqlər nədir?

    Fərid İsmayılzadə: Azərbaycanın startap ekosistemi çox yenidir. Burda təkcə dövlətdən hansısa addımların atılması gözlənilməməlidir. Bizdə investor probemi də var, yaxşı ideaların azlığı probelmi də. Gürcüstan ekosistemi bizdən çox öndədir. Ordakı iş adamlarının, startapçıların və dövlətin yanaşması bizimlə müqayisədə daha inkişaf etmişdir. Ümumiyyətlə, hansısa startap ekosistemini inkişaf etdirmək, özü elə startap yanaşması tələb edir. Risk etmək, sürətli olmaq, müxtəlif addımları atmaqdan qorxmamaq lazımdır. Dünyanı dəyişdirmək haqqında düşünən, bunun xəyalını quran, bu yolda vizyonu olan, təmsilən “dəli” insanlara qeyri-ciddi yanaşmaq, onların edə biləcəklərini aşağı qiymətləndirmək bu ekosistemə çox ziyan vurur. Əslində isə belə insanları dəstəkləməli, belə insanların daha çox olması üçün şərait yaradılmalıdır.  ABŞ-da startup ekosistemi isə dünya lideridir. Məncə ABŞ-dan sonra ikinci yerdə gedən ekosistem ABŞ-dan on illiklər qədər geridədir. Bunu rahat şəkildə çoxlu reytinqlərdən görmək olar. Ona görə də biz məhz qlobal lahiyələrimizi həmən ABŞ ekosisteminə inteqrasiya edirik. Ordakı qanunverilicik, imtiyazlar, investorların yanaşması, böyük şirkətlərlə əməkdaşlıq və s. ən yüksək səviyyədədir.

    Marja: Fərid müəllim, bir ekosistemin ən böyük göstəricilərindən biri də, o ekosistemdən çıxan “unicorn”ların (dəyəri 1 milyardı ötən startap) sayıdır. Sizcə Azərbaycandan “unicorn” çıxacaqmı?

    Fərid İsmayılzadə: Bəli çıxacaq. Bunun hansı şirkət olacağını və təxminən nə zaman olacağını da təxmin edirəm. Bu arada bildirim ki, ölkəmizdə artıq “unicorn dadı” görmüş investorlar da var. Onlar xarici startaplara ilkin etdikləri yatırımlarla bugün dəfələrlə yüksək gəlirlilik əldə etmişlər.

    Marja: Fərid bəy, ölkəmizdə startap ekosisteminin inkişafı ilə bağlı üçün planlarınız varmı?

    Fərid İsmayılzadə: Əslində hal-hazırda diqqətim daha çox portfelimizdəki startaplar üzərindədir. Amma elə bu müsahibə ilə Azərbaycanda “Technovate Mələk İnvestorlar Klubu”nun yaradıldığını elan etmək istərdim. Klubumuzu ilk dəfə elə ilk üzvlərlə birlikdə "Lotfi Zadeh Technology Center"-də 18 apreldə baş tutmuş görüşümüzdə təməlini qoyduq. Bu müsahibəni oxuyan, risk etmək həvəsi yüksək olan, ildə təxminən 10-50 min dollar məbləği qlobal startaplara yatırtmaq istəyən, qarşılığında 10, 100, bəzən hətta 1000 dəfə çox gəlir əldə etmək istəyən, amma alınmasa da o pulu itirməyi göz önünə alan, dünyanın müsbət dəyişimində rol almaq istəyən soydaşlarımızı bu kluba qoşulmağa çağırıram. Bu klub mənim üçün yeni deyil. Belə ki, biz startaplarımıza “Sand Hill Angels”, “Sacramento Angels” və s. bu tip klublardan vəsaitlər cəlb etmişik. Onların bəzilərinin də üzvüyəm. Əlbəttə ki, bizim bu klub Amerikadakılar ilə müqayisədə ölçü baxımından olduqca kiçik olacaqdır, amma bu ölkəmizdə mələk investisiyası riskini götürmək istəyən investorlar üçün yaradılacaq ekosistem baxımından çox vacib addımdır. Kluba üzvlük individual olaraq qiymətləndirilir. Müraciət etmək üçün www.technovateangels.com səhifəsi üzərindən məlumatları doldurub qeydiyyatdan keçmək lazımdır. İlk öncə klubda bəlli saya çatdıqdan sonra məzmunca zəngin olacaq təlimlər, vebinarlar keçirməyi düşünürəm. Yerli investorlarımızın xarici investorları dinləməsini, onların təcrübələrini öyrənməsi çox vacib nəaliyyət olacaq.Sonra isə klubumuza üzv olan investorlar Technovate-ə dünyanın istənilən nöqtəsindən müraciət etmiş və Technovate-in  “süzgəcindən” keçən startaplara, müstəqil olaraq investisiya etmək imkanı veriləcək. 

    Marja: Fərid müəllim, Klubun üzvləri sizin onlara təqdim etdiyiniz startaplara necə investisiya edəcəklər, dediyiniz kimi onların bir çoxu ABŞ-da qeydiyyatdan artıq keçmiş şirkətlər olacaq?

    Fərid İsmayılzadə: Təşəkkür edirəm suala görə. Biz investorlarımıza startapın mütləq qiymətini müəyyən etmədən, habelə bu qiymətə qiymətləndirmə maksimumu təyin etməklə pay alqı-satqısı həyata keçirməyi mümkün edən SAFE müqaviləsi ilə investisiya imkanı yaradırıq. Bu müqavilə çərçivəsində investorlar hələ ən ilkin mərhələdə olan şirkətə investisiya etdikləri üçün onların indi edəcəyi investisiya gələcəkdə şirkətin əldə edəcəyi investisiyalar zamanı şirkət qiymətləndirilməsinə uyğun, lakin maksimum hədd təyin etməklə qiymətləndiriləcək.

    Marja: Fərid müəllim, klubun davamlı fəaliyyətini necə qurmağı planlaşdırırsınız?

    Fərid İsmayılzadə: Qeyd etmək istədim ki, Kluba rəhbərliyi üçün bu sahədə biliyinə çox güvəndiyim, eyni zamanda investisiya və texnaloji sahədə 10 ildən çox təcrübəsi olan Orxan Bağırova təklif etdim və o da razılaşdı. Orxan Bağırov hazırda İnvestAZ İnvestisiya Şirkətində və GoldenPay şirkətində Müşahidə Şurasının üzvüdür. Klubun idarəçiliyi digər məsələlər onun nəzarətində olacaq. Klubun cari işləri ilə məşğul olması üçün katibliyi də olacaq. Mən isə harda olmağımdan asılı olaraq investorlara lahiyələrin gəlməsi, onların inkişafı və məlumatlandılmasında aktiv iştirak edəcəyəm.

    Marja: Sizə bütün lahiyələrinizdə uğurlar arzu edirəm. Ümid edirəm ki, klub da, startaplar da gözlənilən nəticəni verər!

    Fərid İsmayılzadə: Təşəkkür edirəm. 2006-cı ildə, 22 yaşımda Amerikadan ölkəmizə müsbət işlər görmək arzusu ilə gəldim. Ətrafımızda topladığımız komandamızla Azərbaycanda ilk rəqəmsal ödəniş vasitəsini yaratdıq. Bugün əhalimiz və şirkətlərimiz gördüyümüz işlərdən bəhrələnir. 2019-cu ildə isə artıq dünyaya faydalı işlər görmək arzusu ilə ABŞ-a qayıtdım. Həmvətənlərimızdən müsbət enerji və mənəvi dəstək gözləyirəm. Harada olsaq da, Sizlərin fəxri olmaq üçün əlimizdən gələni edirik. Gözəl xəbərlərimiz olacaq. Hər kəsə təşəkkürlər və uğurlar. Marja.az-a da görüdükləri bu çətin və məzəmmətli işə görə ayrıca təşəkkür düşür. Çox sağ olun!. İşiniz avand olsun!

    Marja: Biz də Sizə təşəkkür edirik.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Twitter-in direktorlar şurası sosial şəbəkənin Elon Musk-a satılmasını təsdiq ed..

Twitter-in direktorlar şurası sosial şəbəkənin Elon Musk-a satılması üzrə müqaviləni qəbul etməyi mə..


Twitter səhmdarları Elon Musk-ı və Twitter-in özünü məhkəməyə veriblər..

Bu üsul ilə onlar Twitter-in Musk-a satılması üzrə müqavilə prosesinin xaotik getməsinə narazılıqlar..


SpaceX ABŞ-ın ən bahalı özəl şirkəti statusunu əldə edib

SpaceX səhmlərinin təkrar bazarda satılması nəticəsində şirkətin bazar dəyəri 125 milyard dollara yü..


Dünyada üçüncü yer: Xiaomi smartfonlarının aktiv istifadəçi kütləsi 500 milyon i..

Counterpoint Research şirkətinin verdiyi məlumata əsasən bu ilin birinci rübündə Xiaomi şirkəti öz t..


Twitter-in alınmasından imtina halında Elon Musk-ın 1 milyard dollar cərimə ödəm..

Bir neçə gün bundan öncə Elon Musk Twitter-in satın alınması prosesinin dayandırıldığını elan etmişd..


Elon Musk Twitter-in satın alınma prosesini dayandırıb: Səbəb nədir?

Keçən ayın ortasından başlayaraq Elon Musk-ın Twitter-i almaq planı barəsində məlumatlar ortaya çıxm..

×