'Azərbaycanın Ən Yaxşı Startapı' adını hansı komanda qazanacaq?

'Azərbaycanın Ən Yaxşı Startapı' adını hansı komanda qazanacaq?

Startup və Biznes
06.06.2019 PAYLAŞIM

    “Azercell Telekom” MMC-nin dəstəyi və Barama İnnovasiya və Sahibkarlıq Mərkəzinin təşkilatçılığı ilə 15-16 iyun tarixlərində startaplar arasında ”Seedstars World” müsabiqəsinin yerli seçimləri keçiriləcək. Ölkəmizdə 7-ci dəfə baş tutacaq bu yarışma inkişaf etməkdə olan və sürətlə böyüyən startap bazarında bacarıqlı gəncləri müəyyənləşdirməyə kömək edəcək. Müsabiqənin qalibi seçilən startap Azərbaycanı “Seedstars CEE” regional sammitində təmsil etməklə yanaşı, bütün xərclər qarşılanmaqla, İsveçrədə keçirilən “Seedstars World” yarışmasına qatılmaq, bununla da, “Seedstars Global Winner” adı və 500 000 ABŞ dolları dəyərində sərmayə yatırımı qazanmaq uğrunda mübarizə aparacaq .

    Startaplar 9 iyun tarixinədək aşağıda qeyd edilən ünvana ərizə ilə müraciət edərək, müsabiqədə iştirak etmə imkanı qazanacaqlar: https://seedsta.rs/ssw19-baku

Bənzər xəbər


    Ərizə qəbulu bitdikdən sonra, “Seedstars” komandası təlimdə iştirak etmək və investorlarla üz-üzə görüşmək üçün 10-a yaxın ən yaxşı startapı seçəcək.

    Qeyd edək ki, “Seedstars” inkişaf etməkdə olan ölkələrdə regional məsələlərin həllini hədəfləyən, onların regional bizneslərinə və inkişafına dəstək vermək məqsədilə qlobal bazar üçün gəlirli və davamlı məhsullar hazırlayan bacarıqlı startaplar axtarışındadır.

    Məlumat üçün bildirək ki, “Azercell Telekom” MMC və PAŞA Bankın dəstəyi ilə informasiya texnologiyaları sahəsində fəaliyyət göstərən layihələrin, yaranmaqda olan startapların müstəqil şirkət kimi inkişaf etməsinə kömək edən Barama İnnovasiya və Sahibkarlıq Mərkəzi artıq 7 ildir ki, “Seedstars Baku” müsabiqəsinin yerli təşkilatçısıdır.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Huawei smartfonlarında Snapdragon: Qualcomm şirkəti ABŞ-dan əməkdaşlıq lisenziya..

Qualcomm şirkəti ABŞ hökumətində Huawei şirkətinə qarşı olan sanksiyaların yumşaldılmasını lobbiləşd..


Twitter şirkəti TikTok-un ABŞ biznesi ilə birəşmək üzrə danışıqlar aparır..

Twitter şirkəti TikTok servisinin ABŞ biznesi ilə birləşmək üzrə danışıqlar aparır. Müqavilənin şərt..


Microsoft şirkəti TikTok-un bütün qlobal biznesini almaq istəyir: Məsələ ilə bağ..

Microsoft şirkəti TikTok-in Hindistan və Avropa biznesləri də daxil olmaqla bütün qlobal biznesini a..


Donald Trump, TikTok-un və WeChat-ın ABŞ-da bloklanması qərarını verdi: TikTok-u..

ABŞ prezidenti Donald Trump amerikalıların TikTok (ByteDance) servisindən və WeChat (Tencent) messen..


Apple şirkətinin baş marketoloqu Phil Schiller 23 illik fəaliyyətdən sonra vəzif..

Apple şirkətinin beynəlxalq marketinq üzrə baş vitse-prezidenti Phil Schiller 23 illik fəaliyyətdən ..


Samsung şirkəti də ARM Holdings-in alınmasında maraqlıdır: Şirkət nəticədə kimə ..

Nvidia-nın ARM Holdings-i almaq istəyi nəticəsində ən böyük mobil prosessor istehsalçılarından birin..

×