
Bitcoinin qiyməti keçən ilin yayından ilk dəfə 30 000$-ı keçib
Startup və Biznes
11.04.2023
Emil
Dünyanın ən məşhur kriptovalyutası olan bitcoinin qiyməti son 10 ay ərizndə ilk dəfə olaraq 30 000$-ı keçib. Sonuncu dəfə kriptovalyuta bu cür qiymətə 2022-ci ilin iyun ayında sahib idi. Hal hazırda 1 bitcoinin qiyməti 30 137$ təşkil edir. 1 həftə ərzində onun qiyməti 6%, bazar dəyəri isə 582.7 milyard dollara yüksəlib. Kriptovalyutanın qiymət artımı onunla əlaqəlidir ki, investorlar ABŞ Federal Ehtiyat Sistemi tərəfindən pul-kredit siyasətinin sərtləşdirilməsinin dayandırılacağına ümid edirlər. Analitiklər əmindirlər ki, gələcəkdə bitcoinin qiyməti 40 000$-a kimi yüksələcək.
Paylaş
Bənzər xəbərlər