drzeka zeka kartları

Blockchain startapın ICO-su zamanı hackerlər tərəfindən 7 milyon dollar oğurlandı

18.07.2017 0 PAYLAŞIM 542 OXUNMA

CoinDash adlı blockchain startap öz ICO-nu dayandıraraq saytının hackerlər tərəfindən hack olunduğunu bildirib.

Bundan əlavə olaraq startap, vəsaitlərin göndərilməsi üçün nəzərdə tutulmuş öz Etherium ünvanının hackerlər tərəfindən dəyişdirildiyini qeyd edib. Beləliklə hackerlərə təqribi olaraq 7 milyon dollar vəsait göndərilib. CoinDash-in ICO prosesi 17 İyul tarixində start götürmüşdü. Crowdfunding-in başlanmasından bir neçə müddət sonra startap təmsilçiləri, ICO prosesini dayandırmış və efirlərin (Etherium kriptovalyutası) göndərilməsi üçün nəzərdə tutulmuş ünvanın hackerlər tərəfindən dəyişdirilməsini, investorlara xəbər etmişdi. Lakin həmin ana kimi investorlar, sözügedən ünvana 43.000 efir göndərmişdilər. Həmin tarixdəki efirin məzənnəsi ilə bu, 7 milyon dollar edirdi. Daha sonra Etherium şəbəkəsində həmin saxta ünvan, “FAKE_CoinDash” kimi qeyd olundu. Lakin buna baxmayaraq sözügedən ünvana vəsaitlər hələ də əlavə olunurdu və nəticədə ora 7.41 milyon dollar vəsait göndərildi. CoinDash isə vəsait toplama prosesini dayandıraraq öz saytının hackerlər tərəfindən hack edilməsi barəsindəki ətraflı məlumatı daha sonra verəcəyini bildirdi. Bir sıra investorlar, şirkəti, hack məsələsinin yalan olmasında ittiham edərək onu məhkəməyə verəcəklərini bildirdilər.