main-post-cover

    Böyük Britaniyada Meta şirkətinə qarşı məhkəmə iddiası qaldırılıb

    Tech-Biznes
    Startup və Biznes
    e-ticaret
    24.11.2022
    Farid Pardashunas
        Böyük Britaniyada Meta şirkətinə qarşı məhkəmə iddiası qaldırılıb. Səbəb isə şirkətin istifadəçi məlumatlarını yığaraq onları reklam verənlərə ötürməsidir. Sirr deyil ki, media platformalar və sosial şəbəkələr istifadəçilərin nəzər yetirdikləri məlumatları analiz edirlər və daha sonra onlara izlənmiş məlumatlar üzrə reklam təkliflərini göndərirlər. Bu üsul ilə texnoloji şirkətlər öz korporativ müştəriləri üçün daha effektiv reklamları təklif edərək külli miqdarda gəlir əldə edirlər. İstifadəçilər isə bunun qarşılığında media platforma və ya sosial şəbəkələrin resurslarından pulsuz şəkildə istifadə edə bilirlər. Bu vəziyyət heç də hamını qane etmir. Bloomberg saytının verdiyi məlumata əsasən London Ali Məhkəməsinə Tanya O’Carroll adlı aktivistin maraqlarını qoruyan AEO adlı hüquq bürosundan məhkəmə iddiası daxil olub.
        Tanya O’Carroll yüksək texnologiyalar sahəsində vətəndaş hüquqlarının qorunması mövzusunda daimi çıxışlar edən aktivistdir. Qaldırılmış məhkəmə iddiasında Meta şirkətinə məxsus olan Facebook sosial şəbəkəsi fərdi məlumatların qorunması üçün ümumi şəkildə qəbul edilmiş tələblərin pozulmasında günahlandırılır. Məhkəmə iddiasında qeyd edilib ki, sosial şəbəkə istifadəçilərin fərdi məlumatlarını emal edərək onları reklam verənlərə ötürür. Tanya O’Carroll-un sözlərinə əsasən bu halda istifadəçilər reklamların sərgilənməsi üçün nəzərdə tutulmuş izləmə obyektinə çevrilirlər. Meta şirkətinin təmsilçisi qeyd edib ki, şirkət istifadəçilərə yığılan məlumatların nizamlanması imkanını və bu mövzu barəsində istifadəçilərə aydınlaşdırıcı geniş məlumatları təqdim edir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər