
Böyük KİV-lər OpenAI şirkətini sərt tənqid ediblər: Səbəb nədir?
Startup və Biznes
17.02.2023
Emil
Böyük xəbər agentlikləri süni zəka əsaslı ChatGPT çat-botunu yaratmış OpenAI şirkətini sərt şəkildə tənqid ediblər. Onların sözlərinə əsasən şirkət sözügedən çat-botun təlimatlandırılmasında məhz onların materiallarından istifadə edib və buna görə də onlara heç bir ödəniş etməyib. “The Wall Street Journal jurnalistlərinin işlərini süni zəkanın təlimatlandırılmasında istifadə etmək istəyən şəxs bu hüququ Dow Jones (The Wall Street Journal redaktorları tərəfindən yaradılmış fond indeksi) üzərindən lisenziyalaşdırmalıdır. Lakin Dow Jones-un OpenAI ilə bu cür razılaşması yoxdur. Biz, bizim jurnalistlərimizin işlərindən qanunsuz şəkildə istifadəyə ciddi yanaşırıq və bu məsələni nəzərdən keçirdirik” - deyə News Corp. media holdinqinin baş hüquq məsləhətçisi qeyd edib. Bütün bu məsələ Francesco Marconi adlı jurnalistin ChatGPT-dən onun təlimatlandırılmasında hansı materiallardan istifadə edildiyini soruşmasından sonra baş verib. ChatGPT öz növbəsində jurnalistin sualına 20 ədəd mənbədən ibarət siyahını cavab kimi təqdim edib. Siyahıda The Wall Street Journal ilə yanaşı CNN və digər məşhur mənbələr də var idi.
Paylaş
Bənzər xəbərlər