main-post-cover

    Böyük şirkətlər ABŞ hökumətinə istifadəçi məlumatlarının yığılması barədə hesabat verməli olacaqlar

    Tech-Biznes
    Startup və Biznes
    e-ticaret
    15.12.2020
    Farid Pardashunas
        ABŞ-ın Federal Ticarət Komissiyası (FTC) Amazon, Facebook, Twitter və digər şirkətlər üçün yeni qərar qəbul edib. Yeni qərara əsasən şirkətlər istifadəçi məlumatlarının yığılması üsulları ilə emalı barəsində hesabatı təqdim etməli olacaqlar. Bu barədə Vc.ru saytı xəbər verib. Bu məsələ üzrə Amazon, ByteDance, Discord, Facebook, Reddit, Snap, Twitter, Whatsapp Youtube ABŞ hökumətinə hesabat verməli olacaqlar. Adları sadalanmış şirkət və servislərin bunun üçün 45 gün vaxtları olacaq. FTC-nı maraqlandıran daha bir neçə məsələ var:
    - Bu şirkətlər istifadəçilərə hansı reklamların göstərilməsini necə təyin edir?
    - İstifadəçilərin bu və ya digər reklam elanına maraları necə ölçülür?
    - Şirkətlərin istifadə etdikləri üsullar uşaqlar ilə yeniyetmələrə təsir göstərirmi?
        Bəyanata əsasən komissiya istifadəçilərin nə görüb-nə eşitdiklərinə, kimlə danışdıqlarına və hansı məlumatı paylaşdıqlarına bu şirkətlərin nə dərəcədə təsir etdiklərini anlamaq istəyir. Discord bildirib ki, messencer öz istifadəçilərinə reklam göstərmir. Buna görə də o, reklam və ya istifadəçi məlumatlarının satılması üzərindən qazanc əldə etmir. Twitter isə öz növbəsində komissiya ilə əməkdaşlığa hazır olduğunu bildirib. Digər şirkətlər bu məsələ ilə bağlı bir fikir bildirməyiblər.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər