
Böyük texnoloji şirkətlər Nvidia-nın ARM-i almasının ləğv edilməsini istəyirlər
Startup və Biznes
15.02.2021
Emil
Keçən ilin sentyabr ayında Nvidia şirkəti dünyanın ən böyük mobil prosessor yaradıcısı olan ARM-i 40 milyard dollara alacağını elan etmişdi. Bir çoxları bu məsələni unutsalar da böyük texnoloji şirkətlər bu məsələdə narahatlıq keçirdirlər. Məlumata əsasən Google, Microsoft və Qualcomm şirkətləri ABŞ-ın federal ticarət komissiyasına, Avropa komissiyasına, Böyük Britaniyanın bazarlar və rəqabətin qorunması üzrə idarəetməsinə, Çinin bazar nizamlanması üzrə dövlət administrasiyasına bu məsələ ilə bağlı narahatlıqlarını bildiriblər.
Bu barədə Bloomberg saytı xəbər verib. Belə ki, böyük texnoloji şirkətlər narahatdırlar ki, Nvidia şirkəti ARM-in texnologiyalarının lisenziyalaşdırılması qaydalarına dəyişiklik edə bilər. Nvidia daha əvvəl də qeyd etmişdi ki, ARM-in alınmasından sonra da o, müstəqil şöbə qismində fəaliyyət göstərəcək və müştərilərinin qlobal neytrallıqlarını qoruyub saxlamaqla özünün açıq lisenziyalaşdırma modelini davam etdirəcək. Nvidia dəfələrlə qeyd edb ki, o bu məsələdə heç kimi məhdudlaşdırmaq niyyətində deyil.
Görünür, böyük texnoloji şirkətlər bu cür bəyanatlara o qədər də inanmırlar. Qeyd etmək lazımdır ki, ARM şirkəti ARM arxitekturalı prosessorların hazırlanması ilə məşğuldur. Bura əsasən Cortex nüvələri və Mali qrafik çipləri daxildirlər. Bunlar isə Apple, Google, Microsoft, Huawei, Qualcomm və digər şirkətlərin məhsullarında geniş istifadə olunurlar. Nizamlayıcı orqanlar Nvidia ilə ARM arasındakı potensial müqaviləni diqqətlə müşahidə edəcəklərinə və bu məsələdə Nvidia-nın bazarda böyük imkanlara sahib olub-olmayacağını araşdıracaqlarına söz veriblər.
Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

Azercell-in eksklüziv tərəfdaşlığı ilə “Bakı Marafonu 2025” baş tutdu
