main-post-cover

    Bu il İT şirkətlərin ümumilikdə 100 000 işçisi işdən azad edilib

    Tech-Biznes
    Startup və Biznes
    e-ticaret
    11.11.2022
    Emil Nəcəfov
        The New York Times qəzeti Layoffs.fyi adlı servisə istinadən xəbər verib ki, bu il müxtəlif İT şirkətlərin ümumilikdə 100 000 işçisi işdən azad edilib. Qeyd etmək lazımdır ki, Layoffs.fyi servisi texnoloji şirkətlərdə və startaplarda işdən qovulma hallarının izlənməsi ilə məşğuldur. Təqdim edilmiş statistikaya əsasən işçilərin işdən azad edilmələri Meta, Salesforce, Booking.comLyft kimi məşhur ictimai şirkətlərdən tutmuş, Gopuff (çatdırılma xidməti) və Chime ilə Brex (maliyyə platformaları) kimi yüksək qiymətləndirilən özəl startaplarda müşahidə edilir. Məlumata əsasən işdən azad edilmiş işçilərin çoxu təcrübi texnologiyalar sahəsində olan şirkətlərdə çalışıblar. Buna misal olaraq kosmik raketlər sahəsində fəaliyyət göstərən Astra şirkətini gətirmək olar.
        Belə ki, sözügedən şirkət öz işçilərinin 16%-ni işdən azad edib. Halbu ki, şirkət 2021-ci ildə işçi sayını 3 dəfə artırmışdı. Bu il böhran vəziyyətinə düşmüş kriptovalyuta sahəsini əhatə edən Crypto.com, Blockchain.com, OpenSea Dapper Labs kimi şirkətlər son aylar ərzində yüzlərlə işçini işdən azad edib. Analitiklərin verdikləri məlumata əsasən İT şirkətlərin rəhbərləri hələ bu ilin yaz fəslində yaranmış iqtisadi düşüşə çox ləng şəkildə reaksiya veriblər. “Onlar artıq real vəziyyətə əsaslanmayan planlar üzrə addım atırdılar” - deyə məlumatda qeyd edilib. The New York Times qeyd edib ki, son illərdə texnoloji şirkətlər stabil vəsait axınını məhz investorlardan əldə ediblər. Nəticədə bu və ya digər şirkətin büdcəsində artıq vəsaitin olması səbəbilə şirkət əlavə işçi qüvvəsini cəlb etməyə hədəflənib.
    Linki kopyala