ByteDance şirkəti TikTok-un Microsoft-a satılmasından imtina edib: Servis digər ABŞ şirkətinə satıla bilər
Tech-Biznes
Startup və Biznes
e-ticaret
14.09.2020
Emil Nəcəfov
TikTok servisinin sahibi olan ByteDance şirkəti Microsoft-un, servisin ABŞ, Kanada, Avstraliya və Yeni Zelandiyadakı bizneslərinin alınması təklifindən imtina edib. Microsoft bunu rəsmi şəkildə elan edib. Bu barədə Reuters saytı xəbər verib. “Biz əminik ki, bizim təklifimiz TikTok iştirakçılarının xeyrinə olacaqdı. Belə ki, bizim təklifimiz milli təklükəsizliyin maraqlarını qoruyur. Bizə maraqlıdır ki, servis məlumatların konfidensiallığı, təhlükəsizlik və dezinformasiya ilə mübarizə sahələrində necə inkişaf edəcək” - deyə Microsoft şirkəti bildirib.
Reuters saytının verdiyi məlumata əsasən ByteDance şirkəti Microsoft-un təklifindən imtina edərək ABŞ-ın Oracle şirkətinin təklifini qəbul edib. Şirkət ümid edir ki, Oracle ilə əməkdaşlıq sayəsində servisin ABŞ-da bloklanmasından yan keçmək mümkün olacaq. Oracle öz növbəsində ByteDance şirkətinin texnoloji partnyoru olacaq və TikTok servisindəki amerikalı istifadəçilərin məlumatlarının idarəetməsini öz üzərinə götürəcək. Bununla yanaşı Oracle şirkəti TikTok-un ABŞ biznesindəki payının müəyyən hissəsinin alınması üzrə də danışıqlar aparır. General Atlantic və Sequoia şirkətləri də daxil olmaqla ByteDance şirkətinin əsas investorları biznesin minoritar hissəsini əldə edəcəklər.
Linki kopyala
Həftənin xəbərləri
Whatsapp yaxın zamanda 2 yeni funksiyanı əldə edəcək
Qutusu açılmamış birinci nəsil iPhone modeli 15 Pro Max-dan təxminən 80 qat baha qiymətə satılıb!