Logo
    main-post-cover

    Çin hökuməti ilə münaqişə səbəbilə Alibaba-nın yaradıcısı Jack Ma-nın sərvəti iki dəfə azalıb

        Alibaba Group şirkətinin təsisçisi Jack Ma ilə Pekin arasında olan münaqişə Ma-nın 2 il müddətinə ortadan yoxa çıxmasına və onun sərvətinin iki dəfə azalmasına səbəb oldu. Keçən həftənin cümə günü Çin Mərkəzi Bankı Ant Group şirkəti üçün 986 milyon dollar dəyərində cərimə təyin etdi. Bu fintech şirkətin həmtəsisçilərindən biri də məhz Jack Ma-dır. 12 iyul tarixinə olan statistikaya əsasən Ma-nın sərvəti 30 milyard dollar təşkil edir. Bu isə onun 2020-ci ilin oktaybr ayında sahib olmuş olduğu sərvətin yarısıdır. Bu həftənin əvvəlində Alibaba Group-un səhmlərinin dəyəri 1.4% yüksələrək bir səhm üçün 91.79$ təşkil etdi.
        Lakin ümumilikdə şirkətin səhmlərinin dəyəri 2020-ci ilin oktyabr ayındakı göstəricisindən 70% aşağı düşüb. Bununla belə Ant Group-un hal hazırda bazar dəyəri 78.5 milyard dollar qiymətləndirilir. Baş tutmamış IPO-dan öncə isə onun bazar dəyəri 315 milyard dollar təşkil edirdi. Bütün bunların səbəbi Ma-nın 2020-ci ilin oktyabr ayındakı çıxışı oldu. Həmin vaxtda Ma öz çıxışı çərçivəsində Çinin maliyyə tənzimlənməsini tənqid etmişdi və bildirmişdi ki, Çin bankları lombard təfəkkürü ilə fəaliyyət göstərirlər. Ma-nın bu cür bəyanatları Çinin tənzimləyici orqanlarının diqqətlərini Alibaba və Ant Group da daxil olmaqla Ma-nın ümumi biznesinə tərəf yönəltdi.
    Paylaş
    Bənzər xəbərlər