
Çində 1 milyard dollara qiymətləndirilən təhsil sahəsində startap yaradılıb
Startup və Biznes
31.05.2017
Çində ilk dəfə 1 milyard dollara qiymətləndirilən təhsil sahəsində startap yaradılıb.
Bir sıra proqnozlara əsasən 2018-ci ildə Çində online təhsil
bazarı 30 milyard dollar təşkil edəcək. 2020-ci ildə isə bütün STEM (science,
technology, engineering, mathematics) araşdırmaların 37%-i Çində həyata keçiriləcək.
Sözügedən startap, Yuanfudao adlanır. Onun qiymətləndirilməsi 1 milyarddan bir
qədər çox təşkil edir. Bu həftə isə o, 120 milyon dollar investisiya əldə etdi. Startapın yaratdığı 3 tətbiqdə ümumilikdə 160
milyon istifadəçi qeydiyyatdan keçib. Təhsil sahəsində fəaliyyət göstərən
startaplar bir çox çətinliklərlə qarşılaşırlar. 2015-ci ildəki statistikalara əsasən
onlardan yalnız 5%-i gəlir əldə etməyə başlayıb. Yüzlərlə digər layihələr isə
bağlanmalı olublar. Mütəxəssislərin fikrincə bir neçə ildən sonra online təhsil
sahəsində Çin, ABŞ-ı geridə qoyacaq. 2020-ci ildə isə ölkədə mobil təlim bazarı
38 milyard dollar təşkil edəcək. Mütəxəssislərin fikrincə təhsil
texnologiyalarına investisiya yatırmaq ən yaxşı ideyalardan biridir. 2015-ci
ilin 4-cü rübündə təhsil üzrə texnologiyalar yüksək miqdarda investisiyalar əldə
etmişdir. Lakin buna baxmayaraq online təhsil sahəsi hələki digər gəlirli sahələrdən
geridə qalır.
Bənzər xəbərlər
Şərhlər
Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.
Şərhlər yüklənir...