
Çində ən çox gəliri əldə edən şirkət heç də yerli şirkətlərdən biri deyil
Startup və Biznes
11.11.2022
Emil
Çin zəngin və texnoloji cəhətdən yüksək səviyyədə inkişaf etmiş bir ölkədir. ABŞ ilə müxtəlif sahələrdə rəqabəti məhz Çin aparır. Çində Huawei, Alibaba və Tencent kimi texnoloji nəhənglər formalaşıb və fəaliyyət göstərirlər. Lakin maraqlı fakt ondan ibarətdir ki, əldə edilən gəlir baxımından Çində lider şirkət heç də yerli şirkətlərdən biri deyil. Bu maraqlı faktı Financial Times öz yeni hesabatında təqdim edib. Məlum olub ki, Apple şirkəti Çində Huawei və Alibaba-dan daha çox gəlir əldə edir. Məlumata əsasən bunun iki səbəbi var. Birinci səbəb ondan ibarətdir ki, daha əvvəllər yerli Huawei şirkətinin smartfonlarını almış çinlilər məcbur şəkildə digər premium brendə keçid etməli oldular.
Belə ki, ABŞ sanksiyalarına məruz qalmış Huawei alıcıların tələbatlarını qarşılaya bilmədi. Nəticədə çinlilər Apple şirkətini seçdilər. İkinci əsas səbəb isə ondadır ki, Apple Çin hökuməti tərəfindən xarici şirkətlərə qoyulan sərt məhdudiyyətlərdən uğurla yan keçə bilir. Məsələ burasındadır ki, şirkət özünün söz və istifadəçilərinin hüquqlarını əhatə edən azadlıq prinsipinin üzərindən keçərək Çindəki iPhone-ların VPN funksiyasını deaktiv edir. Bundan əlavə olaraq Apple çinli istifadəçilərin məlumatlarını məhz Çin hökumətinin idarəsində olan serverlərdə saxlayır. Beləcə Çin ilə Apple arasında bu cür əlaqə yaranıb.
Paylaş
Bənzər xəbərlər