
Elon Musk-ın Neuralink şirkəti 280 milyon dollar investisiya əldə edib
Startup və Biznes
09.08.2023
Emil
May ayının sonunda məlum oldu ki, Elon Musk-ın Neuralink şirkəti öz beyin implantının insanlar üzərində testləri üçün müvafiq icazəni əldə edib. İyun ayında isə Musk bildirmişdi ki, şirkət insanlar üzərində testlərə artıq bu il ərzində start verməyi planlaşdırır. Yeni məlumata əsasən Neuralink 280 milyon dollar investisiya əldə edib. Reuters saytının verdiyi məlumata əsasən bu barədə məlumat bu həftə ortaya çıxıb. Ümumilikdə isə Neuralink indiyənə kimi 640 milyon dollar investisiya cəlb edib. Bir neçə müddət bundan öncə analitiklər şirkətin bazar dəyərini 5 milyard dollar qiymətində dəyərləndirmişdilər. İndiyənə kimi Neuralink öz beyin implantı texnologiyasını yalnız heyvanlar üzərində test edib.
Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

Samsung Galaxy Watch 8, Watch 8 Classic və Watch Ultra 2025-in render fotoları təqdim edilib
