Elon Musk-ın Neuralink şirkətinin bazar dəyəri 5 milyard dollara yüksəlib

Elon Musk-ın Neuralink şirkətinin bazar dəyəri 5 milyard dollara yüksəlib

Startup və Biznes
07.06.2023 PAYLAŞIM

    Elon Musk-ın beyin implantının hazırlanması ilə məşğul olan Neuralink şirkətinin bazar dəyəri 2 il bundan öncə 2 milyard dollar təşkil edirdi. Lakin indi məlum olub ki, şirkətin bazar dəyəri 5 milyard dollara yüksəlib. Məlumatda qeyd edilib ki, optimist investorlar son aylar ərzində şirkətin bazar dəyərini yüksəldiblər. Qeyd etmək lazımdır ki, keçən ayın sonunda Neuralink rəsmi şəkildə elan etmişdi ki, o öz beyin implantının insanlar üzərində testləri üçün lazımi icazəni əldə edib.

    Mütəxəssislərin fikirlərinə əsasən isə şirkətin öz texnologiyasının kommersiya məqsədli istifadəsi üçün uzun illər lazım olacaq. Mütəxəssislərdən birinin sözlərinə əsasən bunun üçün minimum 10 il zaman lazımdır. Musk-ın özünə gəldikdə isə o, Neuralink-ə böyük ümidlər bağlayır. Onun fikrincə Neuralink-in beyin implantları vasitəsilə müxtəlif fiziki və psixoloji problemləri aradan qaldırmaq mümkün olacaq.




DAHA ÇOX


OpenAI şirkəti bazar dəyərini 90 milyard dollara yüksəldə bilər

Süni zəka əsaslı ChatGPT çat-botunun yaradıcısı olan OpenAI şirkəti hal-hazırda səhmlərinin satışı i..


Amazon şirkəti OpenAI rəqibinə 4 milyard dollar investisiya yatırmağı hədəfləyib..

Amazon şirkəti Anthropic adlı süni zəka startapına 4 milyard dollar investisiya yatırmaq niyyətini e..


TikTok 345 milyon avro dəyərində cərimələnib

İrlandiyanın məlumatların qorunması üzrə komissiyası (DPC) TikTok servisini 345 milyon avro dəyərind..


MediaTek yenidən Qualcomm-u geridə qoyub

Counterpoint Research analitik şirkəti mobil prosessorlar bazarı mövzusunda bu ilin birinci yarısını..


OpenAI şirkəti illik 1 milyard dollar qazanca çatmaq üzrədir

Bloomberg saytının verdiyi məlumata əsasən OpenAI şirkətinin illik qazancı 1 milyard dollara çatır. ..


Google və Meta mühəndislərə ən yüksək maaşı ödəyən İT şirkətlər olublar..

İctimai şirkətlər bütün əməkdaşlarının ortalama illik maaşlarını açıqlamalı olduqları halda konkret ..

×