Logo
    main-post-cover

    Elon Musk-ın yeni şirkəti xAI, Twitter və Tesla ilə əməkdaşlıq edəcək

    Startup və Biznes
    17.07.2023
    Emil
        Keçən həftə Elon Musk rəsmi şəkildə elan etdi ki, o, süni zəka sahəsində fəaliyyət göstərəcək xAI adlı yeni şirkətini təsis edib. İndi isə Musk bildirib ki, xAI adlı yeni şirkət onun digər şirkətləri olan Tesla Twitter ilə əməkdaşlıq edəcək. Twitter Spaces çərçivəsində çıxışı zamanı Musk bildirib ki, xAI şirkəti öz süni zəka sistemlərinin və digər məhsullarının təlimatlandırılmasında Twitter məlumatlarından istifadə edəcək. O, xAI şirkətinin Twitter API-dan istifadə etməsi səbəbilə əlavə komissiya ödəyib-ödəməyəcəyi barəsində məlumat verməyib.
        Bununla yanaşı Musk bildirib ki, hal hazırda dünyada olan bütün süni zəka tərtibatçıları öz sistemlərinin təlimatlandırılmasında Twitter məlumatlarından istifadə ediblər. Onun fikrincə bu, qanunsuz haldır. Bununla belə Musk hansı qanunların pozulduqları barəsində məlumat verməyib. Onun sözlərinə əsasən Twitter-in məlumatlar bazası test məqsədli və qrafik süni zəka modellərini təlimatlandırmağa imkan verir. Lakin süni zəkaya insan tərəfindən yaradılmış məlumatlar kifayət etmir.
        Üstəlik xAI şirkətinin potensial dil modeli siyasi cəhətdən heç də düzgün bir süni zəka olmayacaq. “Düşünürəm ki, bizim süni zəka sistemimiz insanların mübahisəli hesab edə biləcəkləri cavabları da təqdim edəcək” - deyə Musk qeyd edib. Onun fikrincə xAI elə bir texnologiya yaratmalıdır ki, o, interneti deyil, fiziki dünyanı anlaya bilsin. Musk-ın fikrincə Tesla elektromobillərinin səyahətləri barəsində məlumatlar ona bu istiqamətdə yardımçı ola biləcəklər.
    Paylaş
    Bənzər xəbərlər