Reklam
Elon Musk Twitter-i 43 milyard dollara almağa hazırdır

Elon Musk Twitter-i 43 milyard dollara almağa hazırdır

Startup və Biznes
14.04.2022 PAYLAŞIM

    Dünyanı ən varlı şəxsi olan Elon Musk Twitter sosial şəbəkəsini 43 milyard dollara almağa hazırdır. Bu barədə Bloomberg saytı xəbər verib. Musk-ın sözlərinə əsasən bu, mövcud olan təkliflərdən ən yaxşısıdır. Qeyd etmək lazımdır ki, Musk-ın etdiyi təklif Twitter səhmlərinin bazar dəyərindən 18% yüksəkdir. Sözügedən xəbər ortaya çıxan zaman məşhur sosial şəbəkənin bir səhminin qiyməti 45.85$, sosial şəbəkənin bazar dəyəri isə 36.71 milyard dollar təşkil edirdi. Musk öz növbəsində Twitter-in direktorlar şurasına məktub göndərib və həmin məktubda qeyd edib ki, sosial şəbəkə hal hazırda mövcud olduğu vəziyyətində inkişaf etmək və ictimai ideallara xidmət göstərmək qabiliyyətinə sahib deyil.

    Onun fikrincə sosial şəbəkəni özəl əllərə ötürmək lazımdır. O həmçinin qeyd edib ki, sosial şəbəkənin mövcud olan rəhbərliyinə güvənmir və əgər müqavilənin bağlanması məsələsində bir irəliləyiş olmasa, o, Twitter-dəki səhmdar mövqeyinə yenidən nəzər yetirməli olacaq. Qeyd etmək lazımdır ki, bir neçə müddət bundan öncə Musk, Twitter səhmlərinin 9%-ni almış və nəticədə sosial şəbəkənin ən böyük səhmdarına çevrilmişdi. Bununla yanaşı onun istifadəçi hesabı Twitter-də ən məşhur istifadəçi hesablarından biridir. Onun istifadəçi hesabına 80 milyon insan abunə olub. Qeyd etmək lazımdır ki, Twitter səhmlərinin alınmasından sonra ona sosial şəbəkənin direktorlar şurasına daxil olmaq təklifi edilmişdi. Lakin o bu təklifdən imtina edib.


Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Twitter-in direktorlar şurası sosial şəbəkənin Elon Musk-a satılmasını təsdiq ed..

Twitter-in direktorlar şurası sosial şəbəkənin Elon Musk-a satılması üzrə müqaviləni qəbul etməyi mə..


Twitter səhmdarları Elon Musk-ı və Twitter-in özünü məhkəməyə veriblər..

Bu üsul ilə onlar Twitter-in Musk-a satılması üzrə müqavilə prosesinin xaotik getməsinə narazılıqlar..


SpaceX ABŞ-ın ən bahalı özəl şirkəti statusunu əldə edib

SpaceX səhmlərinin təkrar bazarda satılması nəticəsində şirkətin bazar dəyəri 125 milyard dollara yü..


Dünyada üçüncü yer: Xiaomi smartfonlarının aktiv istifadəçi kütləsi 500 milyon i..

Counterpoint Research şirkətinin verdiyi məlumata əsasən bu ilin birinci rübündə Xiaomi şirkəti öz t..


Twitter-in alınmasından imtina halında Elon Musk-ın 1 milyard dollar cərimə ödəm..

Bir neçə gün bundan öncə Elon Musk Twitter-in satın alınması prosesinin dayandırıldığını elan etmişd..


Elon Musk Twitter-in satın alınma prosesini dayandırıb: Səbəb nədir?

Keçən ayın ortasından başlayaraq Elon Musk-ın Twitter-i almaq planı barəsində məlumatlar ortaya çıxm..

×