
Elon Musk Twitter-i məcbur altında qaldığı üçün aldığını etiraf edib
Startup və Biznes
13.04.2023
Emil
Twitter Spaces servisində çıxışı zamanı Elon Musk BBC-nin müxbiri James Clayton-a bildirib ki, o, Twitter-i könüllü olaraq deyil, məcbur qaldığı üçün alıb. Keçən ilin aprel ayında Musk Twitter-i 44 milyard dollara almaq təklifini etmişdi. Sosial şəbəkənin rəhbərliyi bu təklifi qəbul etdi. Musk isə müvafiq öhdəlikləri əhatə etmiş sənədləri imzaladı. Lakin daha sonra Musk sosial şəbəkəınin alınmasından imtina etdiyini və bunu Twitter-in istifadəçi kütləsinin nə qədərinin fake hesablardan və botlardan ibarət olduğu barəsində məlumatlı olmadığı ilə əlaqələndirdi.
Buna cavab olaraq Twitter Musk-ı məhkəməyə verdi və məhkəmədən onun müqaviləni yekunlaşdırılmasını ələb etdi. Daha sonra isə Musk yenidən fikrini dəyişərək Twitter-i almaq istədiyini bəyan etdi. Musk-ın sözlərinə əsasən məhkəmənin onu müqaviləni yekunlaşdırmağa məcbur edəcəyi riskinin olması səbəbilə o bu cür addımı atmalı olub. Musk sosial şəbəkənin alınmasından yan keçmək üzrə cəhdlər etdiyini etiraf edib. Lakin nəticədə hüquqşünaslar müqavilənin yekunlaşdırılmasını məsləhət görüblər. Belə ki, məhkəmə istənilən halda Musk-ı buna məcbur edəcəkdi.
Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

James Webb öz ilk ekzoplanetini kəşf edib və onun fotosunu çəkib
