Reklam
Elon Musk Twitter-in alınması üçün nəzərdə tutulmuş holdinq yaradıb

Elon Musk Twitter-in alınması üçün nəzərdə tutulmuş holdinq yaradıb

Startup və Biznes
22.04.2022 PAYLAŞIM

    Elon Musk Twitter-in alınması planı çərçivəsində ABŞ-da 3 ədəd holdinq şirkətini qeydiyyatdan keçirdib. Nəzəri olaraq bu 3 holdinq şirkətindən biri çərçivəsində Musk-ın müəyyən paya sahib olduğu bütün şirkətləri gələcəkdə birləşə bilərlər. Məlumatda qeyd edilib ki, ABŞ-da qeydiyyatdan keçirilmiş 3 holdinq şirkətinin hər birinin adı X Holdings adının variantlarıdır. ABŞ Dəyərli Kağızlar və Birjalar Komissiyasına (SEC) təqdim edilmiş sənədlərə əsasən Musk və onun partnyorları rolunda çıxış edən investorlar tender təklifi çərçivəsində Twitter səhmlərinin alınması üçün maliyyələşdirilmənin təmin edilməsi yolunda həmin holdinq şirkətlərdən birinə investisiyalar yatırmağı planlaşdırırlar.

    Bunun baş verəcəyi halda Twitter yaradılmış 3 holdinq şirkətdən birinin tərkibinə daxil olacaq. Yeni holdinqin Musk-ın digər şirkətlərini əhatə edib-etməyəcəyi barəsində heç bir məlumat yoxdur. Musk holdinqin yaradılması barəsində planları hələ 2012-ci ildə bildirmişdi. 2020-ci ildə o, holdinqi “X” adlandırmağın çox yaxşı ideya olduğunu söyləmişdi. Onu da qeyd etmək lazımdır ki, Musk həmçinin X.com domeninin sahibidir və bu domendə bir vaxtlar PayPal-ın əcdadı hesab edilən ödəniş servisinin serverləri yerləşirdilər.


    Tesla SpaceX-dən başqa Neuralink ilə Boring Company şirkətlərinə sahib olan Musk bizneslərin bir holdinq çərçivəsində birləşdirilməsi ideyasını hələ keçən həftə müsahibələrindən birində səsləndirmişdi. Həmin vaxtda Musk bildirmişdi ki, bu cür holdinq şirkətini yaratmaq çox çətin olacaq. Belə ki, Tesla-nın səhmləri birjada satıldığı bir vaxtda digər şirkətlər özəl şirkət statusunu daşıyırlar. Bununla yanaşı hər bir şirkətin sahib olduğu investorlar bazası tamamilə fərqlidir. Bütün şirkətləri bir holdinq çərçivəsində birləşdirmək üçün Musk çox güman ki, Google şirkətinin yolu ilə getməli olacaq. Belə ki, Google 2015-ci ildə restrukturizasiya keçirdərək Alphabet Inc. adlı holdinqi yaratmış və onun tərkibinə daxil olmuşdu.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Twitter-in direktorlar şurası sosial şəbəkənin Elon Musk-a satılmasını təsdiq ed..

Twitter-in direktorlar şurası sosial şəbəkənin Elon Musk-a satılması üzrə müqaviləni qəbul etməyi mə..


Twitter səhmdarları Elon Musk-ı və Twitter-in özünü məhkəməyə veriblər..

Bu üsul ilə onlar Twitter-in Musk-a satılması üzrə müqavilə prosesinin xaotik getməsinə narazılıqlar..


SpaceX ABŞ-ın ən bahalı özəl şirkəti statusunu əldə edib

SpaceX səhmlərinin təkrar bazarda satılması nəticəsində şirkətin bazar dəyəri 125 milyard dollara yü..


Dünyada üçüncü yer: Xiaomi smartfonlarının aktiv istifadəçi kütləsi 500 milyon i..

Counterpoint Research şirkətinin verdiyi məlumata əsasən bu ilin birinci rübündə Xiaomi şirkəti öz t..


Twitter-in alınmasından imtina halında Elon Musk-ın 1 milyard dollar cərimə ödəm..

Bir neçə gün bundan öncə Elon Musk Twitter-in satın alınması prosesinin dayandırıldığını elan etmişd..


Elon Musk Twitter-in satın alınma prosesini dayandırıb: Səbəb nədir?

Keçən ayın ortasından başlayaraq Elon Musk-ın Twitter-i almaq planı barəsində məlumatlar ortaya çıxm..

×