
Elon Musk Twitter-in bazar dəyərini 20 milyard dollar qiymətləndirib
Startup və Biznes
27.03.2023
Emil
Keçən ilin aprel ayında Elon Musk Twitter-i 44 milyard dollara almaq məqsədini elan edəndən sonra onun verdiyi formal qərarlar sosial şəbəkənin qiymətini aşağı salmağa hədəflənmişdi. Lakin oktyabr ayında məhkəmə onu sosial şəbəkəni məhz 44 milyard dollara almağa məcbur etdi. İndi isə Musk Twitter-in bazar dəyərinin 20 milyard dollar təşkil etdiyi düşüncəsi ilə sosial şəbəkənin əməkdaşlarına bonuslar təqdim etməyə başlayıb. Aydın məsələdir ki, keçən ilin oktyabr ayında Twitter Musk-ın səlahiyyətinə keçid edəndən sonra onun bazar dəyəri bir xeyli aşağı düşdü. Nəzərə almaq lazımdır ki, Musk Twitter-in CEO vəzifəsinə keçid edəndən sonra sosial şəbəkənin işçi sayı 3 dəfə azaldı.
Bununla yanaşı Twitter-in reklam gəlirləri də diqqət çəkəcək dərəcədə aşağı düşdü. Bir tərəfdən işçi sayının azalması öz növbəsində şirkətin səhmləri formasında bonus əldə edən şirkət əməkdaşlarının daha az sayda olmasına şərait yaradır. Lakin digər tərəfdən əgər Twitter-in işləri yaxşı getsə, sosial şəbəkə hal hazırda əməkdaşlara təqdim edilən səhmləri daha yüksək qiymətə ala biləcək. The Wall Street Journal-ın verdiyi məlumata əsasən şirkət əməkdaşlarına səhmlər şəklində bonusların verilməsi onun üçün nəzərdə tutulub ki, həmin əməkdaşlar sahib olduqları səhmləri şirkətə yalnız 6 aydan sonra sata biləcəklər. Şirkətin bu proqramı isə 4 il üçün nəzərdə tutulub. Burdan da belə qənaətə gəlmək olar ki, şirkət öz səhmlərini təqribi olaraq 1 ildən sonra geri ala biləcək.
Paylaş
Bənzər xəbərlər