Elon Musk Twitter-in illik xərclərini 1 milyard dollar azaltmaq niyyətindədir

Elon Musk Twitter-in illik xərclərini 1 milyard dollar azaltmaq niyyətindədir

Startup və Biznes
04.11.2022 PAYLAŞIM

    Twitter-in yeni sahibi olan Elon Musk-ın sosial şəbəkənin işçi sayını azaltması üzrə planlarının əsas məqsədi təkcə şirkət daxilində iş keyfiyyətini dəyişmək deyil. Belə ki, Musk bu üsul ilə həmçinin şirkətin xərclərini azaltmağı da hədəfləyib. Verilmiş bəzi məlumatlara əsasən Twitter öz infrastrukturuna illik xərcini 1 milyard dollar azaltmalı olacaq. Bu isə öz növbəsində sosial şəbəkənin pik saatlarda düzgün şəkildə çalışmasında problemlər yarada bilər. Reuters saytının verdiyi məlumata əsasən Musk Twitter-in daha aşağı səviyyəli rəhbərlərini sosial şəbəkəinin illik xərclərini 1 milyard dollar azaltmağa məcbur edir.

    Məlumatda qeyd edilib ki, buna bulud sistemlərinin xidmətlərini təqdim edən provayderlərə və məlumatların emal edilməsində istifadə edilən data mərkəzlərin yerləşdirilməsi üçün nəzərdə tutulmuş sahələrin icarəsinə xərclənən vəsaitlərin aşağı salınması hesabına nail olmaq olar. Twitter-in yeni rəhbərliyinin tapşırığına əsasən sosial şəbəkə öz infrastrukturuna gün ərzində 3 milyon dollardan çox vəsait sərf etməməlidir. Daha öncə Twitter rəhbərliyi sosial şəbəkənin infrastrukturuna illik xərclərin 500 milyon dollara kimi endirilməsini nəzərdə tutmuşdu.


    Buna isə kontentlərin moderasiyası üçün nəzərdə tutulmuş vasitəçilərin cəlb olunmasına xərclənən vəsaitlərin aşağı salınması hesabına nail olmaq planlaşdırılırdı. Bəzi mütəxəssislər bu cür tədbirlərdən sonra Twitter-in öz stabil və funksional çalışma prosesini təmin edəcəyinə şübhə ilə yanaşırlar. Belə ki, pik saatlarda yüklənmə zamanı sosial şəbəkə sadəcə olaraq çoxlu sayda istifadəçi axınının öhdəsindən gələ bilməyəcək. Bu cür yüksək aktivlik prezident seçkiləri və ya geniş müzakirələrə səbəb olan digər hadisələr zamanı müşahidə edilə bilər.



DAHA ÇOX


TikTok 345 milyon avro dəyərində cərimələnib

İrlandiyanın məlumatların qorunması üzrə komissiyası (DPC) TikTok servisini 345 milyon avro dəyərind..


MediaTek yenidən Qualcomm-u geridə qoyub

Counterpoint Research analitik şirkəti mobil prosessorlar bazarı mövzusunda bu ilin birinci yarısını..


OpenAI şirkəti illik 1 milyard dollar qazanca çatmaq üzrədir

Bloomberg saytının verdiyi məlumata əsasən OpenAI şirkətinin illik qazancı 1 milyard dollara çatır. ..


Google və Meta mühəndislərə ən yüksək maaşı ödəyən İT şirkətlər olublar..

İctimai şirkətlər bütün əməkdaşlarının ortalama illik maaşlarını açıqlamalı olduqları halda konkret ..


Özəl investisiya şirkəti BlackBerry-ni almaq qərarına gəlib

Veritas Capital adlı özəl investisiya şirkəti BlackBerry-nin alınması təklifini edib.


NVIDIA-nın süni zəka çiplərinin satışları iki dəfə artıb

NVIDIA şirkəti rekord göstəricidə satışları barəsində hesabatı təqdim edib.

×