
'Facebook', Ozlo adlı süni zəka startapın aldı
Startup və Biznes
01.08.2017
Emil
“Facebook” şirkəti, ABŞ-da süni zəka sahəsi üzrə fəaliyyət göstərən Ozlo adlı startapı aldı.
Şirkətin, həmin startapı almasının səbəbi, öz Messenger tətbiqinin
imkanlarının genişləndirilməsidir. Müqavilənin maliyyə tərəfi haqqında heç bir
təfərrüat olmasa da, məlumdur ki, startapda çalışan 39 nəfər şəxs, şirkətin
Messenger şöbəsinə keçməldiir. “Facebook”, Ozlo-nun texnologiyalarını və özünün
M adlı virtual assistantını, Messenger-ə inteqrasiya edərək süni zəka əsasında
sisteminin inkişaf etdirilməsi niyyətindədir. Sözügedən startapı cəlbedici edən
özəllik, keçən ilin Oktyabr ayında onun tərəfindən xüsusi tətbiqi istifadəyə verilməsidir.
Həmin tətbiq isə özünü “real dünya haqqında biliklər” kimi qələmə verir. Belə
ki, tətbiqdə olan çatbot, istifadəçiyə lazım olan hər bir suala cavab verir. 2
milyon məlumat bazası sayəsində o, restoranlardan tutmuş kino seanslarına kimi
olan məlumatları təqdim edir. Çatbotun iş prinsipi, “Google”un virtual assistantı və Siri-yə bənzəyir.
Ozlo, 2013-cü ildə Charles Jolley tərəfindən təsis edilmişdir. O isə öz növbəsində
əvvəllər “Facebook”da çalışıb. Startapın ofisi Kaliforniyada, “Facebook”un
baş ofisinə yaxın yerdə yerləşir. Sözügedən startapın əsas investorları AME
Cloud Ventures və Greylock Partners fondlarıdır. 2016-cı ilin May ayında həmin
fondlar bu startapa 14 milyon dollar investisiya yatırmışdılar.
Paylaş
Bənzər xəbərlər