Facebook şirkəti Avropa Birliyinə qarşı məhkəmə iddiası qaldırıb: Səbəb nədir?
Tech-Biznes
Startup və Biznes
e-ticaret
28.07.2020
Farid Pardashunas
Facebook şirkəti ümumi yurisdiksiyanın Avropa məhkəmsində Avropa Birliyinə qarşı iddia qaldırıb. Bu barədə Financial Times saytı xəbər verib. Facebook-un fikrincə Avropa Birliyinin nizamlayıcı orqanları tərəfindən şirkətdən tələb etmiş olduqları məlumatların təqdim edilməsi əməkdaşların özəl məlumatlarının konfidensiallıqlarını poza bilərlər. Bu, hələ yekunlaşdırılmamış 2 antimonopoliya istintaqı çərçivəsində baş verib. Məlumata əsasən istintaq çərçivəsində Avropa Birliyi bu açar sözlərin və cümlələrin olduqları bütün sənədləri tələb edib:
“Böyük sual”, “pulsuz”, “bizə uyğun deyil” və “sönmə”. Facebook mütəxəssislərinin fikirlərinə əsasən bu cür sorğu çox böyük həcmdə olan məlumatların təqdim edilməsini tələb edir. Şirkət qeyd edib ki, həmin məlumatların əsas hissəsi əməkdaşların konfidensial məlumatlarına aiddirlər. Bura həmçinin tibbi və maliyyə sənədləri də daxildirlər. Qeyd etmək lazımdır ki, Facebook-un reklamlarda aqressiv marketinqdən istifadə etmə şübhəsinə görə ona qarşı antimonopoliya istintaqı aparılır.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
WhatsApp-da AirDrop analoqu istifadəyə veriləcək
Galaxy C seriyası geri qayıtdı: Samsung Galaxy C55 5G smartfonu təqdim edilib - QİYMƏTİ