main-post-cover

    Forbes dünyanın 100 ən bahalı brendinin reytinqini tərtib edib

    Tech-Biznes
    Startup və Biznes
    e-ticaret
    29.07.2020
    Farid Pardashunas
        Forbes nəşriyyatı 2020-ci il üzrə dünyann 100 ən bahalı brendinin reytinqini tərtib edib. Reytinqdəki dünyanın 100 ən bahalı şirkətin ümumi dəyəri keçən ildən bu ilə kimi 2.33 trilyon dollardan 2.54 trilyon dollara yüksəlib. Ənənəvi olaraq reytinqə İT şirkətlər başçılıq edirlər. Tərtib olunmuş reytinqdə onların sayı 20-dən çoxdur. Siyahının ilk beşliyi isə 2019-cu ildən heç dəyişməyib. İlk 10-luq aşağıdakı kimidir:
    - Apple - 241.2 milyard dollar (17% yüksəliş)
    - Google - 207.5 milyard dollar (24% yüksəliş)
    - Microsoft - 162.9 milyard dollar (30% yüksəliş)
    - Amazon - 135.4 milyard dollar (40% yüksəliş)
    - Facebook - 70.3 milyard dollar (21% eniş)
    - Coca-Cola - 64.4 milyard dollar (9% yüksəliş)
    - Disney - 61.3 milyard dollar (18% yüksəliş)
    - Samsung - 50.4 milyard dollar (5% eniş)
    - Louis Vuitton - 47.2 milyard dollar (20% yüksəliş)
    - McDonald’s - 46.1 milyard dollar (5% yüksəliş).
        Siyahıdakı şirkətlərin yarısından çoxu ABŞ-da, 10-u Almaniyada, 9-u Fransada, 6-sı Yaponiyada, 5-i isə İsveçrədə yerləşir. Tərtib olunmuş reytinqdə İT şirkətlərdən sonra sıralanmış şirkətlər maliyyə xidmətləri sahəsində fəaliyyət göstərən şirkətlərdir. Belə ki, onların sayı 14-dür. Daha sonra avtomobil sitehsalçıları (11 şirkət) və pərakəndə satış (8 şirkət) şirkətləri gəlirlər. Reytinqdə olan dəyişikliklərdən onu qeyd etmək olar ki, Visa 25-ci yerdən 18-ci yerə, Adidas 61-ci yerdən 51-ci yerə, Netflix isə 38-ci yerdən 26-cı yerə qalxıb. Tərtib olunmuş reytinqin tam versiyası ilə Forbes-un saytından tanış ola bilərsiniz.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər