main-post-cover

    Foxconn-un iPhone istehsalı ilə məşğul olan əsas zavodu 10 000 yeni işçiyə ehtiyac duyur

    Tech-Biznes
    Startup və Biznes
    e-ticaret
    14.11.2022
    Emil Nəcəfov
        Foxconn şirkətinin Çjençjou şəhərindəki zavodunda koronavirusa yoluxma hallarının sayının artması səbəbilə zavod işçilərinin yarısından çoxu öz iş yerlərini tərk edib. Nəticədə Foxconn hal hazırda sözügedən zavodu üçün 10 000 nəfər yeni işçiyə ehtiyac duyur. Qeyd etmək lazımdır ki, bu zavod iPhone istehsalı ilə məşğul olan əsas zavoddur. İşçilərin qəbul edilməsi ilə məşğul olan Foxconn menecerlərindən birinin sözlərinə əsasən zavod istehsalat prosesini bərpa etmək üçün təcili şəkildə əlavə işçi qüvvəsinə ehtiyac duyur. Bunun üçün Foxconn işçilərin saat başına düşən ödənişlərini yüksəltməyi və iş prosesinə geri qayıtmağa hazır olan işçilər üçün əlavə bonusların verilməsini hədəfləyib.
        Bununla belə zavodda ciddi profilaktik tədbirlər də görüləcək. Bir neçə müddət bundan öncə məlumat ortaya çıxmışdı ki, Foxconn-un Çjençjou şəhərindəki zavodunda 20 000 nəfər işçi COVID-19-a yoluxub. 26 oktyabr tarixində Foxconn bu məlumatı təkzib etdi. Bununla yanaşı şirkət bildirib ki, onun zavodları ştat rejimində çalışırlar. Lakin daha sonra şirkət zavodunda koronavirusa yoluxma hallarının olduğu təsdiqləndi və zavod ərazisində 7 günlük karantin elan edildi. Qeyd etmək lazımdır ki, dünyada olan iPhone-ların yarısı məhz Foxconn-un Çjençjou şəhərindəki zavodunda istehsal edilir.
    Linki kopyala