
Foxconn zavodundakı etirazlar səbəbilə Apple şirkətinin iPhone gəlirləri 20-30% aşağı düşə bilər
Startup və Biznes
30.11.2022
Emil
Foxconn şirkətinin iPhone istehsalı ilə məşğul olan zavodunda işçilərin etirazları səbəbilə Apple şirkəti istehsalat və gəlir baxımından ciddi problemlər ilə qarşılacaq. Məşhur analitik Ming-Chi Kuo məhz bu cür proqnozları təqdim edib. Onun sözlərinə əsasən bu ilin dördüncü rübündə iPhone-ların istehsalı 20% aşağı düşə bilər. Nəticədə şirkət istehsal edilən iPhone-ların sayını öncə planlaşdırılmış 80-85 milyondan 70-75 milyona endirə bilər. Bu həmçinin smartfonların satışlarından əldə edilən gəlirə də təsir göstərəcək. Onun fikrincə iPhone modellərinin çatdırılmasındakı uzunmüddətli gözləmələr öz növbəsində iPhone 14 Pro və iPhone 14 Pro Max modellərinə tələbatı aşağı salacaq.
Məsələn indi iPhone 14 Pro almağı planlaşdıran alıcılar gələn il bu istəyə artıq geri qayıtmayacaqlar. Analitik bildirib ki, noyabr ayında Foxconn zavodunda istehsalat güclərinin istifadəsi üzrə orta əmsal göstəricisi 20% təşkil edib. Gözləntilərə əsasən dekabr ayında bu göstərici yalnız 30-40%-ə yüksələcək. iPhone 14 Pro və iPhone 14 Pro Max modellərinin istehsalatlarının bir hissəsi Pegatron və Luxshare şirkətlərinə ötürülüb. Lakin söhbət, cəmi 10%-dən gedir. Gözləntilərə əsasən iPhone-ların böyük tirajda mağazalara göndərilməsi dekabr ayının sonundan tez olmayacaq.
Paylaş
Bənzər xəbərlər