Logo
    main-post-cover

    FTX-dan sonra Genesis kriptovalyuta birjası da iflasa uğraya bilər

    Startup və Biznes
    23.11.2022
    Emil
        Kriptovalyuta bazarının daha bir böyük təmsilçisi iflasın astanasındadır. Verilmiş məlumata əsasən Genesis adlı kriptovalyuta birjası digər kriptovalyuta birjası olmuş FTX-nın iflası nəticəsində yaranmış likvidlik problemini aradan qaldırmaq üçün maliyyələşdirmə axtarışındadır. Verilmiş bu xəbərin fonunda bitcoinin qiyməti kəskin şəkildə aşağı düşüb. Məlumata əsasən Genesis son günlər maliyyələşmə mənbələrinin axtarışındadır. Kriptovalyuta birjasına minimum 1 milyard dollar vəsait lazımdır.
        The Wall Street Journal bildirib ki, şirkət kömək üçün Binance Apollo Global Management şirkətlərinə müraciət edib. Lakin məlumata əsasən Binance bu təklifdən imtina edib. Apollo Global Management şirkəti də böyük ehtimal ilə təklifdən imtina edəcək. Genesis-in potensial iflası xəbərlərinin ortaya çıxmasına baxmayaraq birjanın təmsilçiləri bu məlumatı təkzib ediblər. Onlar qeyd ediblər ki, yaxın zamanda iflas prosesi üçün sorğunun göndərilməsini planlaşdırmırlar. Sözügedən xəbərin verilməsindən sonra bitcoinin qiyməti ilk öncə 15 480$-a düşüb. Lakin bir qədər sonda onun qiyməti 15 913$-a yüksəlib. Ümumiyyətlə bu il ərzində kriptovalyuta bazarının həcmi 1.4 trilyon dollar aşağı düşüb.
    Paylaş
    Bənzər xəbərlər