Google AdSense reklam servisinin Rusiyada fəaliyyətini dayandırıb

Google AdSense reklam servisinin Rusiyada fəaliyyətini dayandırıb

Startup və Biznes
04.03.2022 PAYLAŞIM

    Google şirkəti Rusiyada özünün AdSense reklam servisinin fəaliyyətini dayandırıb. Bu barədə məlumat şirkət tərəfindən servis istifadəçilərinə göndərilmiş bildirişdə əks olunub. AdSense servisinin Rusiyada fəaliyyətinin dayandırılması Google şirkətinin bütün platformalarını (Youtube və s.) və rus saytlarını əhatə edib. Bu isə o deməkdir ki, Rusiyada yaşayan istifadəçilər reklam elanlarını görməyəcəklər və bir qayda olaraq kontent yaradıcıları Rusiyada əldə edilmiş baxışlar üzərindən reklamlara görə gəlir əldə edə bilməyəcəklər.

    Bu dəyişikliklər Rusiyadan kənarda olan istifadəçilərə göstərilən reklamları əhatə etmirlər. Google şirkəti bildirib ki, bu cür qərarın əsas səbəbi Rusiya ilə Ukrayna arasında olan yüksək gərginlikdir. Bundan əlavə olaraq şirkət bildirib ki, mövcud olan vəziyyət sürətlə dəyişir və Google yeni qərarlar barəsində məlumatları lazımi vaxtda çatdıracaq. Qeyd etmək lazımdır ki, Google AdSense servisi 2003-cü ildə istifadəyə verilmişdi. Bu servisə veb saytların sahibləri tərəfindən yüksək tələbat var. Bundan əlavə olaraq bu servisin sistemi Youtube da daxil olmaqla Google şirkətinin digər bütün platformalarına inteqrasiya edilib. 




DAHA ÇOX


Elon Musk-ın Neuralink şirkətinin bazar dəyəri 5 milyard dollara yüksəlib

Elon Musk-ın beyin implantının hazırlanması ilə məşğul olan Neuralink şirkətinin bazar dəyəri 2 il b..


Apple şirkəti ABŞ hərbi qüvvələri üçün AR cihaz hazırlayan Mira adlı startapı al..

Apple şirkəti digər şirkətlər və ABŞ-ın hərbi qüvvələri üçün AR cihazların hazırlanması ilə məşğul o..


Generativ süni zəka sahəsinin həcmi 10 il ərzində 1 trilyon dollardan çox olacaq..

Süni zəka əsaslı ChatGPT və Google Bard çat-botlarının istifadəyə verilmələri İT sahənin generativ s..


Elon Musk yenidən dünyanın ən varlı şəxsi olub

Bloomberg dünyanın ən varlı şəxsləri reytinqini yeniləyib.


Xiaomi endirimli alış-verişlər çərçivəsində 4 saat ərzində 580 milyon dollar qaz..

Çində hər il keçirilən 618 adlı endirimli alış-verişlərə start verilib.

×