Google Pixel smartfonlarının ABŞ-da satışlarına qadağa qoyulub

Google Pixel smartfonlarının ABŞ-da satışlarına qadağa qoyulub

Startup və Biznes
10.01.2022 PAYLAŞIM

    Google şirkətinin Pixel smartfonları çox maraqlı vəziyyətlə qarşı-qarşıya qalıblar. Belə ki, ABŞ Beynəlxalq Ticarət Komissiyası keçən il təqdim edilmiş Pixel 6 Pixel 6 Pro modelləri də daxil olmaqla bütün Pixel smartfonlarının ABŞ-da satışlarını qadağan edib. Əsas səbəb isə ABŞ-ın Sonos şirkətinin patent hüquqlarının pozulmasıdır. Audio məhsulların istehsalı ilə məşğul olan Sonos şirkəti hələ 2020-ci ildə məhkəməyə müraciət edərək bildirmişdi ki, Google şirkəti onun intellektual mülkiyyət hüquqlarını pozub. Komissiya tərəfindən qəbul edilmiş qərar həmçinin Chromecast cihazlarını və Nest səsgücləndiricilərini əhatə edir. Qəbul edilmiş qərar 60 gündən sonra qüvvəyə minəcək.

    Sonos şirkəti öz növbəsində yaranmış problemi təzminat ödənişi vasitəsilə həll etməyi təklif edib. Lakin gözləntilərə əsasən Google bu problemi digər üsul ilə həll edə bilər. Heç istisna deyil ki, ABŞ prezidenti Joe Biden komissiya tərəfindən qəbul edimiş qərara veto (müasir dövlətlərdə hər hansı hakimiyyət orqanlarının qərarını dayandıran və ya onun qüvvəyə minməsinə yol verməyən hüquqi akt) qoya bilər. Qeyd etmək lazımdır ki, buna bənzər hadisə 2013-cü ildə baş vermişdi. Belə ki, həmin ildə Samsung-un məhkəmə ittihamları səbəbilə Apple şirkətinə iPhone 4iPad modellərinin satışlarını reallaşdırmaq qadağası təyin edilmişdi. Lakin ABŞ-n keçmiş prezidenti Barack Obama həmin məhkəmə qərarına veto qoymuşdu.


Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Xiaomi özünün Black Shark brendini sata bilər

Ortaya çıxmış yeni məlumata əsasən Xiaomi özünün Black Shark smartfon brendini sata bilər...


Xiaomi 2024-cü ilə kimi dünyanın nömrə 1 smartfon istehsalçısına çevrilməyi plan..

Xiaomi şirkəti 28 dekabr tarixində keçirtmiş olduğu təqdimat tədbiri çərçivəsində yeni məhsullarında..


TikTok moderatorları sosial şəbəkəni məhkəməyə veriblər

Məşhur TikTok sosial şəbəkəsinin moderatorları servisin özünü və onun sahibi olan ByteDance şirkətin..


İtaliyanın antimonopoliya xidməti Amazon şirkətini 1.13 milyard avro dəyərində c..

İtaliyanın antimonopoliya xidməti ABŞ-ın Amazon şirkətini 1.13 milyard avro dəyərində cərimələyib...


Elon Musk SpaceX əməkdaşlarına şirkətin iflas riski ilə qarşılaşa biləcəyini açı..

Keçən həftənin sonunda Elon Musk SpaceX şirkətinin əməkdaşlarına elektron məktub göndərib və göndəri..


Twitter-in yaradıcısı Jack Dorsey şirkətin CEO vəzifəsindən ayrılıb

Dünən CNBC saytı xəbər verdi ki, Twitter-in yaradıcısı və CEO-su Jack Dorsey şirkətdən ayrılmaq qəra..

×