Google şirkəti 2021-ci ildə Google Search üçün milyardlarla dollar vəsait sərf edib
Startup və Biznes
30.10.2023
Emil Nəcəfov
Məlum olub ki, Google şirkəti 2021-ci ildə Google Search axtarış sisteminin müxtəlif brauzer və smartfonlarda standart axtarış sistemi qismində qalması üçün ümumilikdə 26.3 milyard dollar vəsait sərf edib. Bu məlumat hal hazırda ABŞ Ədliyyə Nazirliyi ilə Google arasında gedən antimonopoliya məhkəmə prosesi çərçivəsində təqdim edilib. Məlumatda qeyd edilmiş bu vəsait göstəricisi Google şirkətinin öz axtarış sisteminin müxtəlif cihazlarda standart axtarış sistemi qismində qalması üçün Apple kimi partnyorlarına nə qədər vəsait xərclədiyini göstərir.
Qeyd etmək lazımdır ki, bir neçə müddət bundan öncə ABŞ Ədliyyə Nazirliyi bir neçə ştatın baş prokurorlarından ibarət qrup ilə birlikdə Google şirkətini internet axtarışı sahəsindəki antimonopoliya qanunvericiliyini pozduğunda günahlandırmışdı. İddiada qeyd edilmişdi ki, Google şirkəti Apple Safari brauzeri kimi əsas resurs kanallarında rəqiblərini aradan qaldırmaq üçün bazardakı dominant mövqeyindən istifadə edir. 26.3 milyard dollar vəsaitin hansı şirkətlər arasında bölündüyü barəsində məlumat verilməsə də heç şübhəsiz vəsaitin böyük hissəsi məhz Apple şirkətinə çatıb.
Analitiklərin hesablamalarına əsasən bu il Google Search-ün Apple məhsullarında standart axtarış sistemi qismində qalması üçün Google Apple şirkətinə ümumilikdə 19 milyard dollar vəsait ödəyə bilər. Google bu mövzuda həmçinin Motorola və Samsung kimi smartfon istehsalçıları, ABŞ-ın AT&T, T-Mobile və Verizon kimi mobil operatorları, Mozilla və Opera kimi brauzerlərin sahibləri ilə əməkdaşlıq edir. Bu cür əməkdaşlıqların digər bir məqsədi isə Google rəqiblərinin bu şirkətlərlə əməkdaşlıq edə bilməmələridir.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Google şirkəti OpenAI rəqibinə 2 milyard dollar investisiya yatıracaq
Google şirkəti OpenAI rəqibinə 2 milyard dollar investisiya yatıracaq
Google OpenAI şirkətinin rəqibi hesab edilən Anthropic şirkətinə 2 milyard dollar investisiya yatırmağı planlaşdırır.
Google Play Protect bundan sonra istifadəçiləri zərərli tətbiqlərdən daha yaxşı qoruyacaq
Google Play Protect bundan sonra istifadəçiləri zərərli tətbiqlərdən daha yaxşı qoruyacaq
Google şirkəti istifadəçinin smartfonunu zərərli tətbiqlərdən qorumağa imkan verən təhlükəsizlik tədbirlərini gücləndirib.
Android 14-də yeni təhlükəsizlik funksiyası aşkar edilib
Android 14-də yeni təhlükəsizlik funksiyası aşkar edilib
İnsayderlər Android 14-də yeni funksiyanın aşkar etdiklərindən xəbər veriblər.
Google Chrome brauzerinin Android versiyasına yeni təhlükəsizlik funksiyaları əlavə edilib
Google Chrome brauzerinin Android versiyasına yeni təhlükəsizlik funksiyaları əlavə edilib
Google Chrome brauzerinə iki yeni təhlükəsizlik funksiyasını əlavə edib.
Avropa komissiyası Google şirkətini 4.3 milyard avro dəyərində cərimələdi
Avropa komissiyası Google şirkətini 4.3 milyard avro dəyərində cərimələdi
Avropa komissiyası Google şirkətinin daxil olduğu Alphabet korporasiyasını 4.3 milyard avro dəyərində cərimələyib.
Həftənin xəbərləri
6 yaşlı uşağın 17 həkim tərəfindən çarə tapıla bilməyən xəstəliyini süni intellekt həll edib!
Kvant fizikasında inqilab: maddənin yeni aqreqat halı kəşf edilib!