
Google şirkətinə qarşı yeni kollektiv məhkəmə iddiası qaldırılıb
Startup və Biznes
12.07.2023
Emil
Clarkson adlı hüquq firması Google şirkətinə qarşı kollektiv məhkəmə iddiası qaldırıb. Səbəb isə şirkətin istifadəçilərdən icazə almadan milyonlarla istifadəçinin məlumatlarını yığması və süni zəka texnologiyalarının hazırlanması zamanı müəllif hüquqları qanunlarını pozması ilə bağlıdır. Şirkətə qarşı qaldırılmış məhkəmə iddiasında qeyd edilib ki, Google yüz milyonlarla amerikalının indiyənə kimi yaradıb internetə yerləşdirmiş olduğu hər bir şeyi oğurlayır.
Əlavə olaraq Google oğurlanan məlumatların Bard adlı çat bot kimi süni zəka texnologiyalarının təlimatlandırılmasında istifadədə günahlandırılır. Kollektiv məhkəmə iddiasında Google şirkətinin bir neçə müddət bundan öncə konfidensiallıq siyasətindəki dəyişiklik öz əksini tapıb. Qeyd etmək lazımdır ki, şirkətin konfidensiallıq siyasətində edilmiş dəyişikliyə əsasən Google istifadəçilərin internetdə yerləşən istənilən məlumatlarını öz məqsədlərində istifadə edə bilər.
Paylaş
Bənzər xəbərlər