Google yeni monopoliya sxeminin yaradılmasında günahlandırılır

Google yeni monopoliya sxeminin yaradılmasında günahlandırılır

Startup və Biznes
20.08.2021 PAYLAŞIM

    Google ilə Epic Games arasında davam edən məhkəmə prosesi çərçivəsində Epic Games şirkətinin təmsilçiləri bildiriblər ki, Google Android tətbiqlər bazarında ədalətsiz oyun aparıb. Onlar bildiriblər ki, Google smartfon istehsalçılarına ödəniş edib ki, onlar kənar tətbiq platformalarından imtina edərək Google servislərini seçsinlər. Kütləvi informasiya vasitələrinin məlumatlarına əsasən Google 2019-cu ildə smartfon istehsalçıları üçün Premier Device Program adlı proqramı işə salmışdı. Məlumata əsasən Google smartfon istehsalçılarına Google Play-dən başqa heç bir digər platformanı seçməməyi təklif etmişdi.

    Bunun müqabilində isə həmin smartfon istehsalçıları Google ilə əməkdaşlıq nəticəsində böyük gəlirlər generasiya edəcəkdilər. Məlumatda qeyd edilib ki, Google özünün Google Search bölməsindən olan gəlirin 12%-ni smartfon istehsalçılarına təklif edibmiş. LG ilə Motorola şirkətləri ümumiyyətlə unikal şərtlər əldə etmişdilər. Belə ki, istifadəçilərin Google Play daxilindəki alış-verişlərindən 3-6%-i bu şirkətlərə ötürüləcəkdi. Nəticədə Motorola smartfonlarının 98%-i, LG smartfonlarının isə 95%-i Google Play mağazasına sahib olublar.


    Eyni şərtlər altında OPPO, Vivo OnePlus smartfonlarının göstəriciləri 70%, Sony smartfonlarının göstəriciləri 50%, Xiaomi smartfonlarının göstəriciləri isə 40% təşkil edib. Bununla belə Premier Device Program proqramı ictimai şəkildə təqdim olunmayıb. Bu proqram barəsində ilk məlumatlar məhz Google ilə Epic Games arasındakı məhkəmə prosesi çərçivəsində ortaya çıxıb. Epic Games iddia edir ki, məhz bu proqram sayəsində Google şirkəti öz mağazasının yüksək göstəricilərini əldə edə bilib. Google təmsilçiləri Epic Games-in ittihamlarına hələ cavab verməyib.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


ABŞ senatorları Joe Biden-i Çinin Honor şirkətini qara siyahıya əlavə etməyə çağ..

ABŞ-ın Respublikaçılar Partiyasından olan senatorlar Joe Biden-i Çinin Honor şirkətini qara siyahıya..


ABŞ-ın böyük texnoloji şirkətlərinə qarşı yeni antimonopoliya qanunu hazırlanır..

ABŞ-ın iki əsas partiyasını təmsil edən təmsilçilər senatorlar Amy Klobuchar və Chuck Grassley-in rə..


Facebook-un keçmiş əməkdaşı şirkət barəsində vacib sənədləri hüquq-mühafizə orqa..

Facebook-un məlumatlar analizi üzrə keçmiş əməkdaşı Sophie Zhang bildirib ki, o, Facebook-un potensi..


Avropa Birliyi NFC çipi və Apple Pay-ə görə Apple şirkətini qeyri rəqabətdə güna..

Avropa Birliyinin antimonopoliya orqanları iPhone-lardakı NFC çipi və Apple Pay servisi ilə bağlı Ap..


Elon Musk yenidən dünyanın ən varlı şəxsi seçilib və o bu münasibətlə Jeff Bezos..

Forbes jurnalı bazar ertəsi Elon Musk-ı indiyənə kimi 200 milyard dollar sərvətə sahib olmuş üçüncü ..


Cənubi Koreya hökuməti Google şirkətini 177 milyon dollar dəyərində cərimələyib..

Cənubi Koreya hökuməti böyük texnoloji şirkətlər barəsində ciddi tədbirlər görməkdə davam edir...

×